AZAL rəhbəri ?Yeni Müsavat? qəzetini məhkəməyə verib

img

19-06-2012 [10:53]


?Azərbaycan Hava Yolları? QSC (AZAL) ?Yeni Müsavat? qəzetini məhkəməyə verib. AZAL qəzetin 10 may 2012-ci il tarixli sayında dərc olunan ?AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib? başlıqlı məqaləyə etiraz edir. [b]?Yeni Müsavat?ın hüquqşünası Vaqif Hüseynin[/b] sözlərinə görə, qurum həmin məqaləyə görə qəzetdən 500 min manat pul istəyir: ?İddia ərizəsi Nizami Rayon Məhkəməsinə göndərilib. Hakim ?Yeni Müsavat?a qarşı dəfələrlə qərəzli və qanunsuz qətnamələr çıxarmaqla tanınan Ziya Əliyevdir?. Qeyd edək ki, məhkəmənin hazırlıq iclası iyulun 4-ü saat 10:45-ə təyin olunub. Qeyd edək ki, ?Yeni Müsavat? qəzetinin hazırda AZAL-ın iddiasından başqa daha səkkiz məhkəmə çəkişməsi var. İşlər müxtəlif instansiya məhkəmələrində davam etdirilir. Vaqif Hüseynin verdiyi məlumata görə, bir müddət əvvəl ?Yeni Müsavat? qəzeti Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu, Nizami rayon icra şöbəsi ilə bağlı iddiadır. Səbəb icra vərəqinin qanunun tələbinə uyğun olmamasıdır. Proses iyunun 20-də keçiriləcək. Qeyd edək ki, akademik Cəlal Əliyev ?Yeni Müsavat?ı məhkəməyə verərək 1500 manat cərimə kəsilməsinə nail olub. C.Əliyev qəzetdə yazılan məqalələrdə şərəf və ləyaqətinin təhqir edildiyini iddia edirdi. V.Hüseyn bildirib ki, bundan başqa, hazırda ?Yeni Müsavat?ın Qəbələ Konserv Zavodu ilə də məhkəmə çəkişməsi davam edir. Proses birinci instansiya məhkəməsinə qaytarılıb. ?Yeni Müsavat?ın nümayəndələri prosesə inzibati iqtisadi məhkəmədə baxılmasının doğru olmadığını əsas götürərək, məhkəmə aidiyyatının dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Vəsatət həm birinci instansiya, həm də Apelyasiya Məhkəməsi tərəfindən qanunsuz olaraq rədd edilib. V.Hüseynin sözlərinə görə, qərardaddan şikayət bir neçə günə Ali Məhkəməyə təqdim olunacaq. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olan sözügedən zavodun rəhbərliyi qəzetdən 1 milyon manat təzminat tələb edir. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da məşhur ?Ayı işi? ilə bağlı qəzetimizi məıhkəməyə verməsi geniş oxucu kütləsinə məlumdur. Yasamal Rayon Məhkəməsi bu iddia əsasında ?Yeni Müsavat?a 4 min manat cərimə kəsib. İddiaçı tərəf isə qəzetin 500 min manat cərimələnməsini istəyirdi. Həmin qətnamədən qəzetin verdiyi Apellyasiya şikayəti təmin olunmayıb. Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. ?Yeni Müsavat? həmin qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır. V.Hüseyn qeyd edib ki, hazırda ?Yeni Müsavat?ın Müdafiə Nazirliyi ilə bağlı 5 məhkəmə çəkişməsi var. Bütün proseslərə Xətai Rayon Məhkəməsində baxılır. ?Yeni Müsavat? qəzetinin nümayəndələri iddia təmin tədbirinin dəyişdirilməsi barədə hər beş məhkəmə üzrə vəsatət qaldırıblar. Nazirlik beş iddiada üst-üstə qəzetdən 400 min manat təzminat tələb edir. Qeyd edək ki, ?Yeni Müsavat?a qarşı məhkəmə iddialarında qəzetdən tələb olunan kompensasiyaların məbləği astronomik həddədir. Qəzeti cərimələtmək fikrinə düşən oliqarx-məmurlar iddialarında o qədər böyük məbləğlər qoyurlar ki, sanki hansısa istirahət mərkəzində hesab verirlər. Bu cür iddiaların ədalətsiz və sifarişli məhkəmələr tərəfindən təmin edilməsi isə qəzetin maliyyə vəziyyətini acınacaqlı həddə çatdırır. Beləliklə, ?Yeni Müsavat?ı məhkəməyə verən yüksək vəzifəli məmurların sırasına AZAL rəhbəri Cahangir Əsgərov da qoşuldu. Təbii ki, onun razılığı və bilavasitə göstərişi olmasaydı, rəhbərlik etdiyi qurumdan kimsə qəzetimizi məhkəməyə şikayət etməzdi. Məsələ ilə bağlı qəzetimizin baş redaktoru Rauf Arifoğlu müxbirimizə açıqlama verib. Orada AZAL rəhbərliyinin məhkəməyə müraciət etməsi normal qiymətləndirilir; lakin irəli sürülən yüksək isk məbləğı qınanır. Baş redaktor deyib ki, yüksək rütbəli məmurlar qəzetləri məhkəməyə verərkən, sanki sözləşibmişlər kimi, 100 min, 500 min, bəzən 1 milyon manat cərimə tələb edirlər. Bu da tənqidi mediaya münasibətin və məmur nifrətinin göstəricisi sayıla bilər. Baş redaktor onu da vurğulayıb ki, vəzifəli məmurlar müstəqil medianı çökdürmək, borclandıraraq, iflas etdirmək istəyirlər: ?Lakin bunun baş tutması mümkün deyil. Özlərini və ölkəni qınaq obyektinə çevirməsinlər. Təkzib istəyirlər, yazsınlar, yollasınlar, dərc edək. Daha 500 min cərimə tələbi nə deməkdir? Qəzetlər də korrupsiya ilə məşğul olmurlar ki, o qədər pulları olsun... ?

Digər xəbərlər
SON XƏBƏRLƏR