Gürcüstanın ən zəngin adamına 45 milyon dollarlıq cərimə

img

18-06-2012 [01:16]


Parlament seçkilərində onu dəstəkləyəcək "Qürcüstan arzusu -Demokratik Gürcüstan ? partiyasına "qeyri-qanuni? ianələrdə suçlanan Bidzina İvanişviliyə məhkəmə tərəfindən təyin edilmiş cərimənin həcmi yarıbayara azaldılaraq 45 milyon dollara endirilib. 168.az BBC-yə istinadən xəbər verir ki, özünü prezident Saakaşviliyə rəqib edən milyardçı bu məbləği ödəməkdən imtina etdiyini bildirib. Məhkəmənin ödəniş üçün qoyduğu son müddət iyunun 18-də başa çatır. Əsas kapitalı Moskavada qazanaraq bir müddət ərzində xeyriyyəçiliklə məşğul olan biznesmen ötən ilin oktyabr ayında siyasətə qatılacağını elan edib. Bundan bir qədər keçmiş İvanişvilinin Gürcüstan vətəndaşlığı ləğv olunub. Forbs jurnalının dəyərləndirməsinə görə 6.4 milyard dolların sahibi olan İvanişvilinin vəkilləri məhkəmə qərarına qarşı apellyasiya versələr də işi qazanmağamüvəffəq olmayıblar. Müxalifətçi milyarderin tərəfdraları onun siyasi motivli təqiblərə məruz qaldığını deyirlər. İyunun 12?də Nəzarət Palatasının təşəbbüsü ilə irəli sürülən iddia üzrə işə baxan Tbilisi məhkəməsi İvanişvilini "Qürcüstan arzusu -Demokratik Gürcüstan ? partiyasına maliyyə yardımı habelə əhaliyə pulsuz peyk antenalarının paylanması ilə bağlı ittihamları əsaslı tanıyaraq milyardçıya 91 milyon dollarlıq cərimə kəsib. İyunun 15-də apellyasiya şikayəti üzrə keçən məhkəmə həmin məbləği yarıbayarı azaldıb. İvanişvilinin vəkilləri bu qərarın ədalətli olmadığını deyərək növbəti apellyasiya ilə Strasburq məhkəməsinə müraciət edəcəklərini bildirirlər. 168.az

Digər xəbərlər
SON XƏBƏRLƏR