Eynulla Fətullayevin atası qoçuluga bazlayıb

img

13-06-2012 [07:46]


General Mədət Quliyevin fəal müdafiəçisi Eynulla Fətullayevlə vaxtilə onun nəşr etdiyi qəzetin əməkdaşları olmuş şəxslər arasında qalmaqal böyüyür. Qeyd edək ki, E.Fətullayev onların ünvanına bir sıra aşağılayıcı fikirlər səsləndirib. Öz növbəsində ?Gündəlik Azərbaycan? ın şef redaktoru olmuş Şahvələd Çobanoğlu, Natiq Cavadlı və Elşən Balaxanlı "Yeni Müsavat"da ona müvafiq cavab veriblər. Bu gün isə E.Fətullayevin atası Emin Fətullayev Natiq Cavadlıya zəng edərək onu söyüb. Bu barədə modern.az-a məlumat verən N.Cavadlının sözlərinə görə, Emin Fətullayev onu təhqir edib və döyməklə hədələyib. Jurnalist qeyd edib ki, səhər saatlarında ?Bizim yol? qəzetində iclas bitdikdən sonra onun telefonuna tanımadığı nömrədən zəng gəlib: "Çünki mən artıq onların nömrələrini telefonumdan silmişəm. Telefonu açdım, Eynulla Fətullayevin atası Emin Fətullayev idi, Modern.az-a müsahibəmdə onun adını çəkdiyim üçün məni təhqir etdi, ünvanıma pis söyüşlər səsləndirdi. Sonra da hədə-qorxu gəldi ki, ?səni məhv edəcəm?. Mən ona heç bir cavab verməyib, təşəkkür edib söndürdüm?. N.Cavadlı Emin Fətullayevin ona iki dəfə zəng etdiyini deyir. O, Emin Fətullayevin onun ünvanına söylədiyi nalayiq sözləri bütün redaksiyanın eşitdiyini vurğulayıb: ?Telefon mikrafonda idi və bütün redaksiya onun dediklərini eşidirdi. Nəhayət, həmkarım Pərviz Həşimli dözməyib, telefonu alıb ona dedi ki, ?ayıbdır, bu nə hərəkətdir edirsən???. Bununla bağlı yalnız həmkar dostlarına, qəzet və agentliklərə açıqlama verdiyini deyən jurnalist heç bir tədbir görməyəcəyini vurğulayıb. ?Ağsaqqal kişidir, ona nə deməliyəm? Hər halda mən öz səviyyəmi qorumalıyam?. Bilirsiniz, biz - o qəzetdə (?Gündəlik Azərbaycan?) işləyənlər hərəkətimizə, onu müdafiə etdiyimizə görə peşman deyilik. Çünki dəyərləri müdafiə etmişik, daha nə bilərdik ki, bu dəyərlərə qarşı dəyərsiz münasibət olacaq. Mənim üçün Eynulla Fətullayev dəftəri bağlanıb. Ona görə o məsələlərə qayıtmaq istəmirəm. Hərə özünə görə vicdanını qorumalıdır?, - deyə, Natiq Cavadlı vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR