Sabirabadda təqiblər bazlayıb

img

08-06-2012 [04:54]


Bir neçə gün əvvəl Kür daşqınları ilə bağlı Bakıya yürüş etməyi planlaşdıran Sabirabad sakinlərindən biri -,Əsgərbəyli kənd sakini İlham Əmiraslanov saxlanılıb. Bu barədə qardaşı Xəlil Əmiraslanov məlumat verib:?Qardaşımın səhhətində problemlər var ona görə də bu gün səhər Sabirabada getmişdi dərman almağa. Bir az əvvəl bizə zəng etdilər ki, o evə gələndə bir neçə maşında olan mülkigeymlilər mikroavtobusu saxlatdırıb onu aparıblar. Avtobus sürücüsünün dediyinə görə, 3 avtobil olub, onlar avtobusun qabağını kəsiblər və İlhamı düşürüb aparıblar. İndi biz qalmışıq belə, heç yerdən dəqiqləşdirə bilmirik ki, o hara aparılıb, onu kim və niyə görə aparıb?. Xəlil Əmiraslanov deyir ki, daşqından zərərçəkənlərin Bakıya planlaşdırılan yürüşü Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov rayona səfərindən sonra təxirə salınıb və qardaşının həmin aksiyaya görə aparılmasına inanmır. ?Rayonda sakitlikdir, hamı nazirin dediyi məsələlərin həll olunacağını gözləyir?. Sabirabad Rayon Polis İdarəsindən isə AzadlıqRadiosuna deyiblər ki, hələki idarəyə elə bir adam gətirilməyib: ?Əgər saxlanılıbsa yəqin bir azdan gətirərlər, amma hələki idarəyə belə bir adam gətirilməyib?. 2010-cu ilin daşqınlarından sonra yaradılan ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı da İlham Əmiraslanovun axtarışlarını davam etdirir. Hələki onun kim tərəfindən hara aparıldığı müəyyən deyil. Azadlıq radiosu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA