Elçin Mirzəbəylidən ?Poz bu sükutu?

img

06-06-2012 [01:46]


Şair, publisist Elçin Mirzəbəylinin ?Poz bu sükutu? adlı yeni kitabı ?Oğuz eli? nəşriyyatında işıq üzü görüb. Kitabda Elçin Mirzəbəylinin müxtəlif illərdə yazdığı şeirlər, esselər və publisistik məqalələrdən seçmələr yer alıb. Kitaba ön sözü Azərbaycanın böyük şairi Musa Yaqub yazıb. Xatırladaq ki, Elçin Mirzəbəylinin ?İtirilmiş vaxtın adamı? adlı sonuncu kitabı 2002-ci ildə çapdan çıxıb. Elçin Mirzəbəyli Milli Azadlıq Hərəkatının marşı olan ?Azadlıq? marşının müəllifidir. ?Azadlıq? marşı ilə yanaşı Elçin Mirzəbəylinin müəllifi olduğu ?Dönmərik biz?, ?İrəli, əsgər?, ?Ey müqəddəs türk eli? adlı marşlar bu gün də Azərbaycanın Silahlı Qüvvələrində ifa olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA