"Eurovision" 46 ölkədə birbaza yayımlanacaq

img

22-05-2012 [10:41]


Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsi 2012 şouları 46 ölkədə yayımlanacaq. Bunlar builki müsabiqədə iştirak edən 42 ölkə, eləcə də Avstraliya, Qazaxıstan, Ermənistan və Kosovo Respublikasıdır. Qeyd edək ki, "Eurovision" mahnı üsabiqəsi 2012-nin iki yarımfinalı və finalı mayın 22, 24 və 26-da keçiriləcək. Hər yarımfinal mərhələsində 18 ölkə iştirak edir və hər mərhələdən finala keçmək uğrunda 10 ölkə mübarizə aparacaq. Eurovision şouları Mərkəzi Avropa vaxtı ilə saat 21.00-da başlayacaq. Bu gün Bakı vaxtı ilə saat 00.00-da "Bakı Kristal Zalı"da Eurovision 2012-nin ilk yarımfinalı keçiriləcək

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA