Qəzetlərə qarzı daha bir çirkin plan!

img

03-06-2012 [11:11]


[b]Artıq bir həftəyə yaxındır ki, mətbuat yenidən həyəcan siqnalı verir. Səbəb isə ən böyük yayım firması olan ?Qasid? Açıq Səhmdar Cəmiyyətinin şəhərin mərkəzi küçələrindən köşklərinin götürülməsi və bu səbəbdən də qəzet satışının məhdudlaşdırılmasıdır.[/b] Bakı şəhər İcra Hakimiyyətinin şəhərin mərkəzi və ucqar küçələrində üstündə "Pressa Köşk" yazılmış, amma qəzetdən başqa hər cür xırdavat satan köşklərinin ?yağışdan çıxmış göbələk? kimi artması, abunəsiz ayaq üstə durmağa çalışan müstəqil mətbuatın inkişafına çox böyük zərbə vurmaqdadır. Bu isə təhlükəli ssenaridən xəbər verməklə yanaşı, qəzetlərin satışına ciddi problemlər açmağa başlayıb. Üç gün əvvəl 28 may metrosunun yaxınlığında, daha dəqiqi, Azadlıq prospektində ?Qasid?in daha bir köşkünün götürülməsi deyilənləri sübut edə bilər. Maraqlı burasıdır ki, meriya ?Qasid?in köşklərini paytaxtda aparılan quruculuq işləri ilə əlaqələndirsə də, bu məsələdə yeni köşklərə xüsusi ayrıcalıq tanınır. Bəs əsl səbəb nədir? ?Qasid? firmasına qarşı bu cür münasibətin kökündə nələr gizlənir? Bu və ya digər aktlar ətrafında apardığımız araşdırmalar zamanı bəlli olub ki, ?Qasid? səhmdar cəmiyyət olsa da, onun köşklərinin götürülməsi zamanı nə cəmiyyətə, nə də köşk işçisinə heç bir bilgi verilmir. Köşkü götürülən və buna görə işsiz qalan işçilərindən birinin ?Reytinq?ə verdiyi məlumata görə, onun uzun illərdir işlədiyi köşkü heç bir xəbərdarlıq etmədən götürüblər: ?Məni məcbur etdilər ki, köşk tərk edim. İnanın, heç düz əməlli malları da yığmağa imkan vermədilər. Bununla bağlı ASC rəhbərliyinə məlumat verdim. Amma onlar da meriyanın qarşısında aciz qaldılar. Belə haqsızlıq olarmı? Mənim köşkümdən 50 metr aralıda yeni ?Press köşk? var. Niyə onlara deyil, bizə hücum edirlər?. Hansı ki, onlar heç qəzet də satmırlar?. Hazırda işsiz qalan cəmiyyətin işçisi deyir ki, Hacıbala Abutalıbov bu hərəkəti ilə onun kimi yüzlərlə ailəni ac qoyub: ?Əgər bizim köşklərin dizaynı şəhərin gözəlliyinə xələl gətirirdisə, deyərdilər, istədikləri formada köşk qoyardıq. Amma bunların məqsədi bizi çökdürməkdir. Bu isə həm də mətbuatın məhvi deməkdir. Hamınız bilirsiniz ki, yeni köşklərdə qəzetlərdən başqa hər şey satılır. Bəzən elə olur ki, həmin köşklərə günortaya qədər qəzetlər satışa da çıxarılmır. Sual edən də isə yalandan deyirlər ki, ya gəlməyib, ya da guya satılıb. Beləliklə, qəzetlər necə gəlirsə, elə də geri qaytarılır?. Köşk işçisinin bu sözləri həqiqəti əks etdirir. Həqiqətən də aylardır apardığımız müşahidələr zamanı yeni köşklərin böyük əksəriyyətində qəzetlərə rast gəlinməyib: ?Olanda isə köhnə qəzetlər olub?. Göründüyü kimi, ?Qasid? firmasına qarşı aparılan ?genosid? dolayısı ilə mətbuatında qəsdinə durmaqdır. Yaranmış vəziyyətlə bağlı mətbuata açıqlama verən [b]iqtisadçı Qadir İbrahimli [/b]deyib ki, ?Qasid? dövlət müəssisəsi olsa da, sırf qəzet-jurnal satışı və abunəsi üzrə ixtisaslaşıb. Ekspertin sözlərinə görə, ?Qasid?in əsas gəlirləri bu mənbə hesabına idi: ?Ona görə də sırf iqtisadi maraqlardan çıxış edən ?Qasid" daha çox alıcısı olan qəzetlərin satılmasında maraqlı idi. Çünki əsas gəlir o qəzetlərin satışından əldə edilirdi, Ən böyük yayım şəbəkəsi də ?Qasid? firmasına məxsus idi. İndi hökumət həmin şəbəkəni tamamilə sıradan çıxarmağa çalışır. Ən qəribəsi də odur ki, onu başqa bir şəbəkə əvəzləmir. Yəni burada söhbət mətbuat yayımının bir əldə cəmləşməsindən daha çox qəzet yayımının məhdudlaşdırılmasına, çox kiçik bir çevrəni əhatə etməsinə hesablanıb. Bu, eyni zamanda müxalif və müstəqil medianın çökdürülməsi anlamını verir. Çünki Azərbaycanda müxalif medianın əsas gəliri reklamlardan yox, qəzetlərin satışından gələn gəlirdir?. [b]?Turan? İnformasiya Agentliyinin direktoru Mehman Əliyev[/b] isə deyir ki, bu, uzunmüddətdir ki, gedən prosesdir: ?Bu mənada məqsəd qəzetlərin satışını tamamilə zəiflətmək, onların vəsaitlərini azaltmaq və auditoriyanı azaltmaqdır?. Mehman Əliyev ?Yeni Msavat?a açıqlamasında bildirib ki, bu məsələdə redaktorların vahid etiraz mövqeyi nümayiş etdirəcəyinə inanmır. Onun sözlərinə görə, bəzən redaktorları aldadırlar, yalançı vədlər verilir. [b]"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu[/b] problemlə bağlı dəfələrlə müzakirələr apardıqlarını deyib və əlavə edib ki, problemlə bağlı hətta ölkə başçısı səviyyəsində müraciətlər olunub, monitorinqlər keçirilib: ?Doğurdan da yeni köşklər qəzet satmır və satmaqda maraqlı deyillər. Dostyana etdiyimiz söhbətdə də köşk sahibləri deyirlər ki, qəzet satmaq onlar üçün çox problemlidir. Çünki hesabat və başqa problemlər üzə çıxır. Buna görə də qəzet satmaq onlar üçün o qədər də əhəmiyyət kəsb etmir, əksinə yeni köşklərdə başqa mallar satılır. Poblemi həll edə bilmirik, bu da tirajımızın aşağı düşməsinə gətirib çıxarır?. [b]?Reytinq? qəzetinin baş redaktor müavini Fazil Əhməd [/b]də deyir ki, yeni köşklərlərin "Qasid" firmasına yaratdığı problemlər səbəbindən həqiqətən böyük bir problemlərlə üzləşiblər: ?Qasid?in şəhərin mərkəzindəki köşklərinin qaldırılması və onların yeni köşklərlə əvəzlənməsi bizim kimi satışla ayaq üstə durmağa çalışan qəzetləri həqiqətən də çökdürməkdədir. Onsuz da hamı bilir ki, son illər müxtəlif səbəblərdən bütün qəzetlərin həm tirajı, həm də satışı nəzərəçarpacaq dərəcədə düşüb. Amma son bir neçə ayda yeni köşklərin yaratdığı problemlər vəziyyəti daha da ağırlaşdırıb. Məsələ ondadır ki, yeni köşklərə ?Qasid? firması müqavilə ilə qəzet verdiyini desə də, həmin köşklərdə qəzet satılmır. Şəxsən özüm bir neçə dəfə həmin köşklərdən qəzet istəmişəm. Amma mənə deyiblər ki, qəzet yoxdur və məni yaxınlıqda olan başqa köşklərə yönəldiblər. O köşklər isə ?Press Köşk?lər olmayıb. Elə isə ?Qasid?in verdiyi qəzetlər necə olur? Belə çıxır ki, ya verildiyi kimi qaytarılır, ya da ümumiyyətlə, bu köşklər qəzet satmaqda maraqlı deyillər. Bu isə onsuz da çox ağır şərtlər altında fəaliyyət göstərən qəzetlərə böyük zərbədir. Digər yandan, nəzərə alsaq ki, paytaxt Bakının böyük hissəsini qəzetlə təmin edən ?Qasid?in 100-ə yaxın köşkləri meriya tərəfindən qanunsuz götürülüb, o zaman demək ki, yayım məqsədli məhdudlaşdırılır. Hesab edirəm ki, ?Qasid?in siamasında yaşananlar təkcə o firmanın məhv edilməsinə deyil, həm də mətbuatın qəsdinə durmaqdır?. Fazil Əhməd onu da bildirib ki, ?Qasid?in yaşadığı ağır vəziyyət üzündən üç aya yaxındır adıçəkilən firmadan pullarını da ala bilmirlər: ?Razılaşaq ki, həftəlik bir qəzet üçün üç aylıq pulu ala bilməmək böyük problemlər deməkdir?. [b]?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev[/b] isə ?Reytinq?ə açıqlamasında deyib ki, bu, faktiki olaraq, qəzetlərin sıxışdırılmasıdır: ?Qəzetlərin gəlir mənbələrində biri satışdan gələn puldur. Baş verənlər də onu göstərir ki, qəzetlərin gəlir mənbəyi zərbə altındadır. Reklam yoxdur, qəzetlər gözünü satışa dikib. Satışı da müxtəlif üsullarla məhdudlaşdırırlar. Bununla bağlı Azərbaycan jurnalist təşkilatları, KİV rəhbərləri dəfələrlə məsələ qaldırıblar, müraciətlər ediblər. Amma bu istiqamətdə fəaliyyət davam etdirilir. İndiki vəziyyətdə KİV-lərin, qəzetlərin özləri korporativ satışa keçirilməsi ilə bağlı, abunənin yenidən qurulması ilə bağlı səyləri artırmalıdırlar. Bəzi üsullar var ki, ondan istifadə eləmək olar. Məsələn, Gürcüstan bundan istifadə elədi və xeyli üstünlüklər əldə etdi. Yəni hər şey hökumətin əlində deyil ki, maneçilik yaratsın. Hər halda bu istiqamətdə düşünmək lazımdır?. A.Əliyev onu da bildirib ki, son dövrlər qəzetlərin satışına maneələrin yaradılması müstəqil və müxalifyönlü mətbu orqanlara təzyiq kimi dəyərləndirilə bilər. ?Əgər məsələnin bir tərəfi sırf kommersiya maraqları ilə bağlıdırsa, digər tərəfi siyasi məsələdir. Məsələn, köşklər qəzetlərdən çox gəlir əldə edə bilmir, əvəzinə, başqa məhsullar satırlar və qəzetlərə o qədər diqqət yetirmirlər. Digər tərəfdən müxtəlif dövlət orqanları tirajı yüksək olan müstəqil və müxalifət qəzetlərinə zərbə vurmaq üçün maneçilik yaradırlar?. Müsahibimiz məsələnin digər tərəfinə də toxunub. Bildirib ki, bu gün narahat olan müstəqil və müxalifyönümlü qəzetlərin özləri də müxtəlif qruplara parçalanıblar. ?Onlar bir araya gələ bilmirlər ki, məsələni birlikdə müzakirə eləsinlər və mübarizəni də vahid mərkəzdən aparsınlar. 2000-ci illərin əvvəllərində bir neçə dəfə buna cəhdlər olub, amma heç biri uğurla nəticələnməyib. Parçalanmış, bölünmüş vəziyyətdə olanda da hökumətin planlarının həyata keçirilməsi asanlaşır?, - deyə, A.Əliyev fikrini tamamlayıb. E.ARAZ, ?Reytinq? qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR