Lorin Azərbaycandakı insan haqlarından danızıb

img

03-06-2012 [08:43]


Bakıda keçirilən "Eurovision-2012" musiqi yarışmasının qalibi, isveçli müğənni ölkəmiz barədə təəssüratlarını beynəlxalq mətbuatla bölüşməkdə davam edir. BBC-nin məlumatına görə, yarışma və Azərbaycan haqqında danışan Lorin deyib ki, o, Bakıda olarkən məşq eləməkdən, çıxışına hazırlamaqdan başqa, həm də insan haqları təşkilatlarına gedib ki, məlumat yayılsın, Azərbaycanda nə baş verdiyi barədə xəbərlər çıxsın. Lorin deyib: "Odur ki, məni buna görə sevməyənlər oldu. ... Amma mənim üçün bu vacib idi. Mən o görüşləri Bakıya getməmişdən bir ay əvvəl planlaşdırmışdım. Bu görüşlərin yaxşı keçməsinə çalışmışdım. Bütün beynəlxalq mətbuat nümayəndələri, İsveç mətbuatı mənimlə o təşkilatlara getdi, onlar adamların dilindən hekayətlərini eşitdi, odur ki, doğrunu söyləmək imkanı oldu. Bu rejimin etdiyi bu idi ki, o, həmin konsert zalını tikmək üçün insanlara heç nə vermədən evlərindən çölə atmışdı. Bu doğrudan da hörmətsizlikdir. "Eurovision"un Azərbaycanda keçirilməsi hakimiyyətə yox, Azərbaycan xalqına xeyir gətirdi. Bunu etiraf etməlidirlər". Onu da xatırladaq ki, hələ Bakıya gəlməzdən 15 gün öncə Lorin bir beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən hüquq müdafiəçisi Arzu Abdullayevaya axınlaşaraq, ona Azərbaycanda insan haqlarının vəziyyəti ilə maraqlandığı deyib və ona müvafiq suallar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA