ilhamə Qasımova Almaniyada mükafat aldı

img

07-06-2012 [04:37]


Azərbaycanı dünyada tanıdan müğənnimiz İlhamə Qasımovanın ?Bei Mir Bist Du Scheen? mahnısı və bu mahnıya cəkilmiş klipi məşhur ?EMMAwards? mükafatına layiq görülüb. Bu mükafata İlhamə Qasımovanın Dj OBG ilə birgə ifa etdiyi ?Bei Mir Bist Du Scheen? mahnısı və klipi 190 namizədin arasından ?Best Music Video" (ən yaxşı musiqi və video) kateqoriyası üzrə qalib secilib. Müğənnimiz SMS səsverməsinə görə, ən yüksək nəticə əldə edərək ifa etdiyi mahnısına və klipinə görə ən yaxşılar nominasiyasında birinci olub. Mükafatlandırma mərasimi dünən Azərbaycan vaxtı ilə gecə saat 2-də keçirilib. Almaniyanın paytaxtı Berlində kecirilən törəndə İlhamə Qasımova mükafatı almaq ücün ?qızmızı xalça?nın üzərinə produsseri Mark Dolar ilə birgə çıxıb. Müğənnimizin bu uğuru Avropalı fanatların coşqusu ilə qarşılanıb. İlhamə Qasımova nəinki Azərbaycan MDB məkanından ?EMMAwards? mükafatını alan yeganə sənətçidir. İndiyədək bu mükafatı alan müğənnilərin siyahısına nəzər salsaq onların əksəriyyəti dünya şöhrətli sənətçilərdir. Qeyd edək ki, İ. Qasımova bir neçə saatdan sonra Bakıya gələcək və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında brifinq keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA