Səbail rayonunda uzaqlarla bağlı möhtəzəm tədbir keçirildi

img

02-06-2012 [01:19]


?Uşaqların Beynəlxalq Müdafiəsi günü? Səbail rayonunda da geniş qeyd olunub. Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirlər planına uyğun olaraq ?1 İyun ? Uşaqların Beynəlxalq Müdafiəsi günü? ilə bağlı ?Park Bulvar? Ticarət və İstirahət Mərkəzindəki ?Park Sinema? kinoteatrında uşaq filmləri həftəsi təşkil olunub, bir həftə ərzində hər gün 200 nəfər uşağa pulsuz 3 D həcmli uşaq filmləri nümayiş etdirilib. RİH tərəfindən rayonun müxtəlif orta təhsil müəssisələrində təhsil alan 150 nəfər uşağın ?Vətən? gəmisi ilə Xəzər dənizinin Bakı buxtasında gəzintisi təşkil olunub. Bayramla əlaqədar Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şadlıq saraylarından birində əlil və sağlamlığı məhdud olan, icma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan, həmçinin rayonun aztəminatlı ailələrinin uşaqları üçün əyləncəli bayram tədbiri keçirilib. Tədbirdə Səbail RİH başçısı Asif Əsgərov da iştirak edib. Mərasimdə azyaşlılar üçün populyar müğənnilərin iştirakı ilə konsert proqramı da təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA