Zamiq və Elnur rəqiblərimdir, Röya və Aygün Kazımova isə...

img

27-06-2012 [05:43]


?Azərbaycan şou biznesində hit mahnıların 90 faizinin müəllifi Pərviz Mahmudovdur. Pərviz, Leyli, Hakan üçlüyünun yaradıcı birliyinin mənə uğur gətirəcəyinə əminəm.? Bunu ?MİA?a açıqlamasında gənc və cəsarətli müğənni Ramin Şövkətov deyib. O, Pərviz Mahmudovun Leylinin şerinə bəstələdiyi və Hakan Erolun aranjeman etdiyi ?İkimiz? mahnısının bu yayın hitinə çevriləcəyinə əmindir. Raminin sözlərinə görə, gələn həftədən kompazisiya bütüb radio dalğalarında səslənəcək: ??İkimiz? ritmik, əsl yay əhval-ruhiyyəsinə uyğundur. Əminəm ki, bu yay hər kəs bu mahnını dinləyəcək və hər kəs bundan danışacaq. 5 illik fortepiano təhsilim var, bəstəkar Nailə Mirməmmədlinin fərdi tələbəsi olmuşam, bu vaxtadək radio dalğalarında bir neçə mahnım səslənib, lakin ?İkimiz? mahnısını karyeramda professional iş hesab edirəm. Müğənni peşəkarlarla çalışanda özü də peşəkar olur.? Ramin Şövkətov yeni kompazisiyanın Nail Naiboğlunun Lider telekanalında efirə gedəcək ?Mahnı-2012? layihəsinə dəvət aldığını da əlavə etdi. Ifaçı ?İkimiz?in layihənin lideri olması üçün əlindən gələni edəcək: ?Bu layihəyə bir nömrəli müəlliflərin mahnısı ilə qatılıram. Başqaları kimi ucunu tutub ucuzluğuna getmədim. Çünki tamaşaçıya çox böyük hömətim var. Elə buna görə də ?Mahnı-2012?də əsl şou nümayiş etdirəcəm, yeni mahnımı qeyri-adi performansla təqdim edəcəm.? Gənc müğənni ?İkimiz? mahnısına klip çəkdirməyi də düşünür. Ramin Azərbaycan estrada musiqisində rəqib gördüyü ifaçıların adlarını da açıqladı: ?Bundan əvvəl ifa etdiyim mahnılardan birini də Nail Naiboğlu ekranlaşdırıb. ?İkimiz? mahnısının klipini lentə almaq üçün yenidən ona müraciət edəcəm. Indi oxuyan və klip çəkdirənlər çoxdur, lakin mən ifa tərzim və səliqəli, professional işimlə seçilməyə çalışacam. Şou-biznesdə ən çox bəyəndiyim kişi ifaçılar Zamiq və Elnur. Qadın müğənnilərdənsə Röya və Aygün Kazımova çox zəhmətkeşdirlər. Zamiq və Elnurla sağlam rəqabətə hazıram. Bunun üçün şou-proqramlar, el şənliklərindən qazandığım pulu yalnız sənətim üçün xərcləyirəm, ən zövqlü mahnılar, yüksək səviyyəli kliplər və disklər çıxarmağı qarşıma məqsəd qoymuşam. Azərbaycan şou-biznesinin bir nömərli kişi müğənnisi mən olacam!? Ramin Şövkətovun ifasında yeni ?İkimiz? mahnısını radio dalğalarında səslənməzdən əvvəl ekskluziv olaraq təqdim edirik: http://www.youtube.com/watch?v=GPy-1WLt0WI&feature=youtu.be #601;rcl

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA