informasiya əldə etmək haqqında qanuna ciddi dəyizikliklər edilir

img

01-06-2012 [12:00]


Milli Məclisdə ?İnformasiya əldə etmək haqqında? Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilir. Dəyişikliklər Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, o cümlədən İnsan hüquqları komitələrinin iyunun 1-də keçirilən birgə iclasının gündəliyinə daxil olan məsələdir. MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məhz onun rəhbərlik etdiyi komitə tərəfindən bir müddət öncə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təşəbbüs ortaya qoyulub. Komitə sədrinin qeyd etdiyinə görə, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələrək, bir sıra qanunvericilik aktlarının sözügedən sənədin müddəaları ilə uzlaşdırılması istiqamətində fəaliyyət həyata keçirilməkdədir. Ə.Hüseynli məhz bu baxımdan birgə komitələrin gündəliyinə çıxarılan qanun layihəsi ilə bağlı təşəbbüsçü olduğunu dilə gətirib: ?Mənim təşəbbüsümlə bu qanun layihəsi hazırlanıb və MM-in Aparatında mütəxəssislərlə müzakirə olunub. Burada ?İnformasiya əldə etmək haqqında? Qanuna məhdudiyyət xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Sözügedən Qanuna təklif olunan dəyişiklikdə qeyd olunur ki, həmin sənədin 2.4.1-ci maddəsinə müvafiq əlavə edilsin, yəni, həmin əlavəyə görə, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahədə maraqlarının, maliyyə və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmçinin adıçəkilən Qanunun 6.1.6-cı maddəsinin müvafiq redaksiyada ? ?informasiyanın əldə olunmasının bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması? formasında verilməsi təklif edilir. Hazırda qanun layihəsi ilə bağlı müzakirələr davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR