Əziz Rzazadə: ?Mərkəzə? baz redaktor getmirəm?

img

31-05-2012 [04:09]


?Mərkəz? qəzetinin baş redaktor kürsüsünə yeni təyinat gözlənilir. Müstəqil İnformaiya Agentliyinə verilən xəbərə görə, təsisçi Gülər Əhmədova yeni baş redaktor seçimini artıq edib. Çoxsaylı namizədlər arasında o, üstünlüyü tanınmış jurnalist Əziz Rzazadənin də adı hallanıb. Məsələ ilə bağlı mia.az-a açıqlamasında Ə.Rzazadə deyib km, son günlər adım davamlı şəkildə müxtəlif dedi-qodularda hallanır. Ancaq onun ?Mərkəz? qəzetinə baş redaktor təyinatı barədə planı yoxdur: ?Mənim yaxın gələcəklə bağlı öz planlarım var. ?Mərkəz? qəzetinə rəhbərlikdən imtinam olubsa da, bunun Gülər Əhmədovanın şəxsiyyəti, yaxud onun Əvəz Zeynallı ilə olan münaqişəsi ilə heç bir əlaqəsi yoxdu. Yeri gəlmişkən, deyim ki, sonuncu məsələyə ilə bağlı mənim öz, mediadakı ümumi fikirdən fərqli rəyim var?. Xatırladaq ki, bu yaxınlarda millət vəkili Jalə Əliyevanın da Azərbaycan, rus, ingilis dillərində fəaliyyətə başlayacaq internet qəzet yaratması və Əziz Rzazadənin yeni internet qəzetə baş redaktor təyinatı haqqında xəbərlər dolaşırdı. ?Əgər belə bir təklif olsaydı, yəni Gülər Əhmədova və Jalə Əliyeva arasında seçim etmək lazım gəlsəydi, kimə üstünlük verərdiniz? sualını Ə.Rzazadə belə cabablandırıb: ?Mən artıq seçimimi etmişəm. Seçimi edərkən də yüz-ölçüb biçmişəm. Yanılıb-yanılmadığımı isə gələcək göstərəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR