Gənclər Təzkilatları Milli Şurasından ?Pöhrə?yə dəstək

img

30-05-2012 [03:03]


Gənclər Təşkilatları Milli Şurası ?Sehrli Aləm? cəmiyyəti ilə birlikdə 1 iyun Uşaqların Müdafiə günü münasibəti ilə ?Pöhrə? ? uşaqların bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqəsini keçirəcək. Müsabiqədə Respublika ümumtəhsil məktəbləri, internat, uşaq evləri və yardımçı məktəblərin üzvləri iştirak edəcək. Müsabiqənin münsiflər heyəti tanınmış sənətkarlar, Xalq artistləri, professor Mənsum İbrahimov, tarzən Zamiq Əliyev, vokalist Rəna Talıbova, xoreoqraf Azərbaycanın incəsənət xadimi Rima Məmmədova və digərləridir. İyun ayının 1-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq final mərhələdə hər janr üzrə 1 iştirakçı olmaqla 8 qalib müsabiqənin laureatı olacaq və 8 iştirakçı isə 2-ci dərəcəli diplomant adına layiq görüləcək. Bütün qaliblərə hədiyyələr və diplomlar təqdim olunacaq. Müsabiqənin əsas məqsəd və məramı layihədə iştirak edəcək bütün bölgələr, eləcə də Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından olan istedadlı uşaqların çıxışının efir vasitəsi ilə dünyaya yayımlayaraq çatdırılması mənfur ermənilərə və onların havadarlarına Azərbaycan ərazisinin bütövlüyünü bir daha nümayiş etdirməkdir. Qeyd edək ki, ?Evrovision-2011? müsabiqəsinin duet-qaliblərindən biri Nigar Camal, ?Evrovision-2009?dakı təmsilçimiz Aysel Teymurzadə, ?Muğam? festivalının bəzi qalibləri və neçə-neçə belə istedadlı gənclər bu müsabiqənin yetirmələridirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR