izmirdə Azərbaycan Demokratik Respublikasının yaranmasının 94 illiyi qeyd edilib

img

30-05-2012 [03:01]


Türkiyənin İzmir şəhərində Azərbaycan Demokratik Respublikasının yaranmasının 94 illik münasibətilə böyük tədbir keçirilib. Bu barədə Türkiyədə dövlət hesabına təhsil alan iqtisad elmləri üzrə fəlsəfə doktorluguna namizəd Elmir Səfərli məlumat verib. Onun sözlərinə görə, tədbirdə Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların mənsubları, bir sıra təşkilat və dostluq cəmiyyətlərinin rəhbərləri, bu ölkədə təhsil alan əcnəbi və yerli tələbələr, o cümlədən qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak edib. Türkiyədə təhsil alan sənət tarixi üzrə fəlsəfə doktorluğuna namizəd Ziyad Quluzadə Azərbaycan və Türkiyə Respublikalarının himninin səslənməsindən sonra tədbiri açıq elan edib. Azərbaycan mədəniyyət evi və həmrəylik cəmiyyətinin sədri Turgut Arat, Türkiyənin tarixi araştırmalar üzrə mütəxəssisi İsmət Alpaslan və Azərbaycanın İzmirdəki tələbələr üzrə təmsilçisi, cəmiyyətin sədr müavini Cavid Əliyev, Türkiyə Respublikasında dövlət hesabına təhsil alan iqtisad elmləri üzrə fəlsəfə doktorluğuna namizəd Dilbər Emirullayeva 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması, fəaliyyəti, o dövrdə qəbul olunan qanunlar və eyni zamanda ilk dəfə həyata keçirilən işlər barəsində geniş məlumat verdilər. E.Səfərli Azərbaycan Demokratik Respublikasının süqutundan sonrakı tarix, xüsusən 1991ci ildə Azərbaycan Respublikasının yenidən öz müstəqilliyinin bərpa etməsi, dövlətin inkişafı və hal hazırki siyasi-iqtisadi vəziyyəti barədə ətraflı məlumat verib. Tədbirdə daha sonra əslən İrandan olan azərbaycanlı Məlihə Əzizpur, digər azərbaycanlı tələbələr Ziya Ehmedsoy və İlqar Bİnnətlinin çıxışında gözəl şerlər səsləndirilib. Sonda Adil İçel adına təhsil müəssisənin şagirdlərinin rəqsləri izlənilib və Türkiyə Respublikasının Konservatoriyasında təhsil alan Çimen Yalçın və onun ansamblının müşaiyəti ilə biri birindən gözəl Azərbaycan musiqiləri səsləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR