Əziz Rzazadə: ?Jalə Əliyevanın da belə bir istəyi olarsa, bunda problem görmürəm?

img

29-05-2012 [06:56]


?Sözün düzü, iki gün idi ki, Bakıdan kənarda idim. Odur ki, olub-bitənlərdən qətiyyən xəbərim yoxdu. ?Reytinq? qəzetində dərc edilmiş, adımın hallandığı xəbərin haradan qaynaqlandığı mənim üçün müəmmalıdır?. Bunu mia.az-a açıqlamasında Əziz Rzazadə deyib. Onun sözlərinə görə, ötən həftənin əvvəlində həqiqətən qadın millət vəkillərindən biri ilə görüşüb: ?Nə həmsöhbətimin adını, nə də söhbətin mövzusunu açıqlamaq istəyirəm. Bu hələlik sirdir. Amma görüşümüzün məxfi xarakter daşımadığını və ictimai bir yerdə olduğunu da xüsusi vurğulamağı lazım bilirəm. Jalə Əliyevanın planlarına və orada mənim yerimin olub-olmadığına gəlincə, bu haqda özündən soruşmaq gərəkdir. Şəxsən mən müştərək iş məsələsində müəyyən komplekslərə malikəm. Amma insanlarla ünsiyyət məsələsində qarşımda duracaq heç bir maneə yoxdur. Tutduğu vəzifədən, titulundan və ya fəxri adından asılı olmayaraq istənilən şəxslə ünsiyyətə hazıram. Əgər Jalə Əliyevanın da belə bir istəyi olarsa, bunda problem görmürəm. Məncə, onunla söhbət etmək üçün ortaq mövzu tapmaq əsla çətin olmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR