Deputat yeni xəbər portalı açır

img

27-05-2012 [08:01]


Millət vəkili Jalə Əliyeva da ölkənin xəbər məkanında söz sahibi olmaq üçün əməli fəaliyyətə başlayıb. Deputat Azərbaycan, rus, ingilis dillərində fəaliyyətə başlayacaq internet qəzeti ilə bağlı artıq bir sıra addımları da atıb. Yəqin ki, yaxın aylar da ölkənin xəbər məkanına əsasən analitik yazılarla zəngin olacaq internet qəzeti qədəmini qoyacaq. Bu sözləri ?Reytinq? deputata yaxın adının çəkilməsini istəməyən şəxs deyib. Onun sözlərinə görə, Jalə Əliyeva yeni portala baş redaktor gətirəcəyi şəxslə də razılaşıb: ?Deputat uzun axtarışlardan sonra Azərbaycan mətbuatında tanına imza sahibi olan Əziz Rzabəyli ilə anlaşıb. Bildiyimə görə, Əziz Rzabəyli də artıq yeni kollektivini formalaşdırmaq üçün bir neçə qələm sahibi ilə danışıb?. ?Reytinq? qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA