Apellyasiya Məhkəməsi jurnalisti azadlığa buraxdı (Yenilənib)

img

24-05-2012 [03:26]


İki gündür ki, gunxeber.com saytının əməkdaşı, Nida Vətəndaş Hərəkatının üzvü Anar Gəraylı yoxa çıxıb. Hadisə baş verən gün onun əynində ?sing for democracy? ("Demokratiya naminə oxu") yazılmış köynək, əlində "Nida"nın bukletləri olub. Ehtimal olunur ki, bunlara görə jurnalist "28 May" metrostansiyası yaxınlığında polis tərəfindən saxlanılıb. Ailəsi də onu iki gündür axtarır. Hadisə barədə Daxili İşlər Nazirliyinə, 102 xidmətinə məlumat verilib. Ancaq onun taleyi barədə heç bir məlumat verilmir. Bu gün, yəni may ayının 25-də isə jurnalistin azad olunduğu xəbəri yayılıb. Xəbərdə bildirilir ki, mayın 22-də axşam həbs olunan və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs cəzası verilən Anar Gəraylı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Qeyd edək ki, iki gün ailəsindən və yaxınlarından gizlədilmiş A.Gəraylı ictimai asayişi pozmaq və polisə tabe olmamaq ittihamı (306-cı maddə) ilə təqsirləndirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR