23-05-2012 [12:11]
[b]
Keçmiş polis zabiti: ?Fəxri Ələsgərovu inandıra bilmədim ki, onların adını mən hallandırmıram, nəinki hallandıranlar, həm də onların adından istifadə edərək, insanları aldadanlar başqalarıdır?[/b]
Redaksiyamıza Sabunu rayonu, Musabəyov küçəsi ev 23 B ünvanında yaşayan keçmiş polis zabiti Hafiz Novruzov prezident İlham Əliyevə yazdığı şikayət məktubunun bir surətini təqdim edib. Keçmiş polis zabiti eks-spiker Murtuz Ələsgərovun Xəzər rayonunun prokuroru işləyən oğlu Fəxri Ələsgərovdan və 8 ildən çoxdur aldadıldığı şəxslərdən şikayətlənir.
Hafiz Novruzov şikayətinə məhkəmə qərarlarını da əlavə edərək, bildirir ki, 8 il əvvəl Ələsgərovların adından istifadə edən dələduzlar tərəfindən aldadılıb: ?Özlərini Ələsgərovların qohumu kimi təqdim edən Roza Ağakərimova, onun Kürəkəni Natiq Baxışov mən də daxil olmaqla, xeyli adama qarşı dələduzluq ediblər. 8 illik mübarizədən sonra, nəhayət, Murtuz Ələsgərov və onun övladlarının adından sui-istifadə edən Natiq Baxışovun həbsinə nail oldum. Roza Ağakərimova rəhmətə getdiyindən mənə olan 15 min dollar borclarının məhkəmə qərarı ilə əmlakları ilə ödənilməsi təmin olunsa da, bəzi rüşvətxorların ucbatından başqa bir ciddi problemlə qarşılaşmışam. Belə ki, məhkəmənin qərarı ilə Roza və Natiq Baxışovun mənə qarşı borclarını adıçəkilənlərin vərəsələri ? Vəsilə Baxışova və İlham Kərimov tərəfindən ödənilməsi qanunla təmin olunub. Məhkəmə qərarı ilə 15 min dollarımın əvəzində, mənə Vəsilə Baxışovanın adına olan və Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin içində olan 1/105-1405 saylı bağ evi hərrac yolu ilə satılmqla əvəzləşdirilib. Eyni zamanda, İlham Kərimov tərəfindən mənə 1200 dollar borcdan qalan hissə ödənilib. Açığı, bundan sonra rahatlanacağımı düşünsəm də, yanıldım?.
Hafiz Novruzov yazır ki, bağ evini ötən il öz adına keçirdikdən xeyli sonra, daha dəqiqi, bu ilin aprel ayında qarşılaşdığı bir fakt onu şoka salıb: ?Həmin bağ evini satıb, bəzi problemləri həll etmək istəyərkən mənə bəlli oldu ki, bu ilin aprel ayında Vəsilə Baxışova həmin bağ evinə pasport qeydiyyatına alınıb. Bunu onun qardaşı İlham Kərimovdan eşidən də, şoka düşdüm. Bunun necə baş verdiyi bu günə qədər mənə aydın deyil. Ən azı ona görə ki, bağ evinin qanuni sahibi kimi mən ona və ya digər bir şəxsə bu haqda heç bir razılıq verməmişəm. Ancaq Xəzər Rayon Polis Şöbəsinin pasport bölməsi bunu hansısa qanunsuz yolla ediblər. Dərhal Rayon Polis Şöbəsinə, prokurorluğa və MTN-nin yerli şöbəsinə rəsmi müraciət etməklə bərabər, Vəsilə Baxışova ilə əlaqə yaratdım. O, 8 il ərzində eşitdiyim və hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarını qorxutduqları ifadəni bu dəfə də ucadan səsləndirdi: ?Sən bilmirsən ki, dayım Fəxri Ələsgərov bu rayonun prokurorudur? Sənə dedik axı, bizim üçün heç bir problem yoxdur. Onsuz da o, ev sənə qismət olmayacaq?. Bəli, həqiqətən də o və dəstənin digər üzvləri illərdir Ələsgərovların adından istifadə edərək, mənə və digər aldadılanlara çox böyük problemlər yaradıblar. O da düzdür ki, bu adamların hörmətli Murtuz müəllimlə qohumluq əlaqələri var. Ancaq Ələsgərovlar əməllərindən xəbərdar olduqları üçün onları yaxına buraxmırlar. Buna rəğmən, həm üzləşdiyim problemlər, həm də Vəsilənin sözləri ilə bağlı cənab prezidentə müraciət etdim. Gözləyirdim ki, bu müraciətimdən sonra Fəxri Ələsgərov sərt tədbirlərə əl atıb, həm adlarından istifadə edənlərə, həm də qanunsuz pasport qeydiyyatı aparanlara qarşı iradəsini nümayiş etdirəcək. Ancaq tam əksinə, özüm açıq hədə ilə qarşılaşdım?.
Keçmiş polis zabiti yazır ki, Vəsilə Baxışovadan eşitdiyi təhdid xarakterli sözlərdən sonra prezident İlham Əliyevə və Fəxri Ələsgərova müraciətlərinə qısa müddətdə reaksiya verilib: ?Mayın 3-də etdiyim şikayətə mayın 10-da Xəzər Rayon Prokurorluğunun baş müstəntiqi Əfsər Cəfərov tərəfindən reaksiya verildi. O, mənə zəng edərək, prokurorluğa dəvət etdi. Mayın 11-də saat 11.20- məni Əfsər Cəfərovla birlikdə Fəxri Ələsgərov qəbul etdi. Ələsgərov söhbətə başlayar-başlamaz məni təhqir etməyə başladı. Sonra da açıq şəkildə ?sən bilmirsən ki, Ələsgərovlar kimdir?, - deyə, hədələdi ki, başıma oyun açacaq. Fəxri Ələsgərovu inandıra bilmədim ki, onların adını mən hallandırmıram, nəinki hallandıranlar, həm də onların adından istifadə edərək, insanları aldadanlar başqalarıdır. O, mənə imkan da vermədi ki, danışam. Əksinə, mənə də dedi ki, sənlə ?məşğul olacam?, görüm sən kimsən. Sonda isə dedi ki, mən Vəsilə Baxışovanı tapıb, onunla birlikdə səhəri prokurorluğa gəlməliyəm. Axı, mən kiməm ki, 8 ildir həbslərinə çalışdığım insanları onun yanına aparım? Mənim belə bir imkanım və səlahiyyətim də yoxdur. Açığı, prokurorun hədə-qorxuları və hərəkətləri mən də böyük təəssüf doğurdu?.
Sonda qəzet vasitəsiylə yenidən prezident İlham Əliyevə üz tutan keçmiş polis zabiti qarşılaşdığı problemlərlə bağlı ölçü götürülməsi üçün müvafiq dairələrə göstəriş verilməsini xahiş edib: ?Cənab prezident, əminəm ki, siz həm qarşılaşdığım problemin həllində, həm də prokuror tərəfindən hədələnməyimin qarşısının alınmasında mənə köməklik göstərəcəksiniz?.
Məsələ ilə bağlı yazıda adları çəkilənlərə əlaqə yaratmaq cəhdimiz mümkün olmadı. Qarşı tərəfləri də dinləməyə hazırıq.
?Reytinq? qəzeti#601;