Emin Ağalarov yeni albomunu təqdim edib

img

28-05-2012 [02:09]


Tanınmış bəstəkar və müğənni Emin Ağalarov ?EuroClub?da ?After the Thunder? albomunu təqdim edib.Təqdimatdan əvvəl Emin Ağalarov pərəstişkarlarının qarşısına ?Eurovision-2012? mahnı müsabiqəsinin finalında oxuduğu ?Never enough? mahnısı ilə çıxıb. Sonra o ?Eurovision-2012? mahnı müsabiqəsinin yüksək səviyyədə keçirildiyini və tarixdə qalacağını söyləyərək tamaşaçıları təbrik edib. Tanınmış müğənni və bəstəkar ?After the Thunder? albomu haqqında bildirib ki, albom dünyanın iyirmi ölkəsində təqdim ediləcək. Bakı bu şəhərlərdən birincisidir. Sonra geniş konsert proqramı ilə çıxış edən E.Ağalarov, həmçinin Müslüm Maqomayevin repertuarından da mahnı səsləndirib. Onun ifası alqışlarla qarşılanıb. ?After the Thunder? albomundakı mahnılardan 11-i ingilis, 2-si isə rus dilindədir. Müğənninin ?Eurovision-2012? mahnı müsabiqəsinin finalında oxuduğu ?Never enough? mahnısı da alboma daxildir. "anspress.com"

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA