?Eurovision 2012? təmsilçimiz mətbuat konfransı keçirib

img

20-05-2012 [11:32]


?Bakı Kristal Zalı?nda ikinci məşqindən sonra mətbuat konfransı keçirən Azərbaycanın ?Eurovision 2012? təmsilçisi Səbinə Babayeva jurnalistlərin suallarını cavablandırıb. Azərbaycanın yenidən qələbə qazanmağa iddialı olduğunu deyən jurnalistlər təmsilçimizin fikirlərini öyrənib: ?Azərbaycanın qələbə qazanması bizim növbəti uğurumuzdur. Biz buna çox şad olarıq?. Təmsilçimiz şouya tam hazır olduğunu deyib: ?Səhnədə özümü çox yaxşı hiss etdim. Dünənki məşq, sadəcə, bir yoxlama idi. Ancaq bu gün özümü tamamilə enerjili və şouya hazırlıqlı gördüm?. Səbinə Babayeva müsabiqənin ölkəmizdə keçirilməsi onun üçün ikiqat məsuliyyətli olduğunu söyləyib: ?Bu, çox gözəl hissdir. Xoşbəxt və emosiya verici duyğular yaşayıram. Ancaq həm də çox məsuliyyətli bir işdir. Çünki, xalq məndən uğur gözləyir. Onların ümidini doğrultmağa çalışacağam?. 3 il ərzində Azərbaycanın müsabiqədəki mahnılarının xarici müəlliflərin yazılmasına da münasibət bildirib: ?Özümüzün çox gözəl şair və bəstəkarlarımız var. Yüksək mədəniyyətimiz var. Sadəcə olaraq , mahnı münsiflər heyəti tərəfindən gözəl xüsusiyyətlərə görə seçilib. Əlbəttə ki, musiqiçidən və musiqidən çox şey asılıdır. Bu mahnı ürəklərə çox yaxındır?. Təmsilçimiz deyib ki, o bütün xariciləri Azərbaycanın mətbəxi, mədəniyyəti, tarixi ilə tanış etmək niyyətindədir. Müsabiqəyə hazırlıq boyu o, bu kimi işlərlə məşğul olub. Səbinə ilə birlikdə səhnədə çıxış edən Alim Qasımov öz təəssüratlarını jurnalistlərlə bölüşüb: ?İndiyədək mən çox ölkələrdə iştirak etmişəm. Demək olar ki, Avropa ölkələrinin hamısında oxumuşam. İndi həmin ölkələrdən bura qonaqlar gəlib. Onların hamısını salamlayıram. Çox şadam ki, onlar Azərbaycan musiqisinin gözəlliyi ilə daha yaxından tanış olacaqlar?. Xalq artisti Mətbuat Mərkəzində bir parça muğam da səsləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA