Kamal Abdulladan Qorxmaz Əliliyə sərt cavab gəldi

img

18-06-2012 [07:49]


Milli Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitununun "Teatr, kino və televiziya" şöbəsinin rəhbəri Qorxmaz Əlili işdən uzaqlaşdırılıb. Qorxmaz Əlili mətbuata açıqlamasında bildirib ki, "özü elmdən uzaq olan Kamal Abdulla" onu işdən qovdurub. Onun sözlərinə görə, Kamal Abdulla ona "get, şounu göstər, elm sənlik deyil" deyib. Kamal Abdulla isə Publika.Az -a bildirib ki, Qorxmaz Əlili işdən çıxarılmayıb, o şöbə müdiri vəzifəsindən azad edilib. Yəni elmi işçi kimi fəaliyyətini davam etdirir. Qorxmaz Əlilinin təhqir olunması ilə bağlı ittihamlarına cavab verən Azərbaycan Milli Elmlər Akademiyasının hümanitar və ictimai elmələr bölməsinin akademik-katibi, AMEA-ın müxbir üzvü, professor Kamal Abdulla ittihamların yersiz olduğunu, bu cür ifadələrin Qorxmaz Əlilinin əsl simasını açdığını bildirib. Onun sözlərinə görə, nəinki Qorxmaz Əliliyə "elmdən uzaq şoumen" deyib, o, heç bu məsələ ilə bağlı onunla müzakirə belə aparmayıb. Publika.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA