Baz redaktorun məhkəməsində zok faktlar açıqlandı

img

19-05-2012 [12:04]


[b]Əvəz Zeynallı: ?Oktyabrın 28-də mənim iki telefon aparatım müsadirə olunub. Bu aparatlar dekabrın 15-ə qədər ?işləyib? [/b] Ağır Cinayətlərə dair Işlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə rüşvət tələb etməkdə, məhkəmə qərarını icra etməməkdə və vergi ödənişindən yayınmaqda ittiham olunan ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə proses başlayıb. Iclasın əvvəlində vəkillər Elçin Sadıqov və Mənsum Bayramov baş redaktorun təqsiri sübuta yetirilmədiyi üçün işin təkrar istintaqa qaytarılması, həbsin başqa qətimkan tədbiri ilə əvəz olunması haqqında vəsatət qaldırıblar. Bundan başqa, müdafiə tərəfi Əvəz Zeynallının səsi yazılmış audiodisklərin dəlillər siyahısından çıxarılmasını tələb edib. Onların sözlərinə görə, səs qanunsuz yazılıbmış. Vəkil Elçin Sadıqov həmçinin Ə.Zeynallının mobil telefonlarındakı SMS-lərin də saxtalaşdırıldığı üçün dəlillər sırasından çıxarılmasını tələb etdi: ?Audioyazı MP3 formatında təqdim olunub. Bu, onun başqa elektron daşıyıcıdan köçürüldüyünü göstərir?. Müdafiə tərəfi deputat Gülər Əhmədovadan başqa, 4 digər şikayətçinin - Sabir Tarverdiyev, Elmar Vəliyev, Aydın Heydərov və Akif Məmmədovun adından şikayətlərin eyni şriftlə yazıldığına və eyni kompüterdə dərc olunduğuna diqqət çəkiblər. E.Sadıqovun fikrincə, bu, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Idarəsində edilib. Öz növbəsində Əvəz Zeynallı adıçəkilən şəxslərdən üçünün bundan əvvəl də onu məhkəməyə verdiyini, ancaq sonradan iddialarını geri aldıqlarını deyib: ?Elmar Vəliyevin iddiası üzrə qəzet artıq cəzalandırılıb. Qanun təkrarən cəzalandırmağı qadağan edir. Oktyabrın 28-də mənim iki telefon aparatım müsadirə olunub. Bu aparatlar dekabrın 15-ə qədər ?işləyib". Xahiş edirəm, məhkəmədə buna aydınlıq gətirsinlər. Bu müddət ərzində mənim adımdan saxta SMS-lər yerləşdirilib. Özlərinə sərf edilən hər şeyi ediblər". Vəkillər baş redaktorun proses zamanı barmaqlıqlar arxasından azad edilməsini də tələb etdilər. Dövlət ittihamçısı vəsatətlərə qarşı çıxdı və məhkəmə onları təmin etmədi. Məhkəmə 31 may saat 10:0-a qədər təxirə salındı. Qeyd edək ki, ?Xural? qəzeti 2001-ci ildən dərc olunur və hakimiyyətə qarşı kəskin tənqidi mövqe tutur. Əvəz Zeynallı 2011-ci ilin oktyabrında guya şantaj yolu ilə rüşvət tələb etdiyi deputat Gülər Əhmədovanın şikayəti ilə həbs olunub. Beynəlxalq təşkilatlar onun həbsini sifarişli sayır və Zeynallını vicdan məhbusu kimi tanıyıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR