?Kurtlar Vadisi Pusu? keçmiz kanalına qayıdır

img

15-05-2012 [10:00]


Türkiyənin ən uzun ömürlü seriallarından olan, nümayişi 10 ildir davam edən və hazırda ?TNT? kanalında yayımlanan ?Kurtlar Vadisi Pusu? filmi yenidən öz kanalına qayıdır. ?Gazeteciler.com? saytının yaydığı məlumata görə, serialın prodüsseri olan ?Pana Film? şirkəti aqrtıq serialın daha əvvəl yayımlandığı Türkiyənin ?atv? kanalı ilə razılığa gəlmək üzrədir. Məlumata görə, ?atv?nin sahibi Əhməd Çalık ?TNT?-nin seriala ayırdığı büdcə qədər filmə maliyyə dəstəyi verəcəklərinə dair təminat verib və ?Dizi atv-də izlənir? şüarı ilə kanalın itirdiyi qanı qazanmağa çalışdıqlarını bildirib. Xatırladaq ki, bir müddət əvvəl ?Pana Film? şirkəti iyun ayında ?TNT? kanalı ilə müqavilələrinin bitəcəyini, nümayişin hansı kanalda davam edəcəyini bilmədiklərini açıqlamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA