Səbinə Babayevanın "Eurovision? mahnısının klipi təqdim olunub

img

19-03-2012 [11:59]


Azərbaycanın ?Eurovision? Mahnı Müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When the music dies" mahnısının klipi təqdim olunub. Yarışmada oxunacaq mahnının müəllifləri İsveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. Mahnı sevgi fəlakəti və onun dərin ağır tәәssüratlarından bəhs edir. "When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri-kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub. Muğam partiyasını isə Alim Qasımov ifa edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA