Sabiq nazir Əli insanova hüquq müdafiəçisi ilə görüzə icazə verilmir

img

11-05-2012 [10:41]


?Ədliyyə Nazirliyi Penitensiar Xidməti tənqid etdiyimə görə 2010-cu ildən mənim cəzaçəkmə müəssisələrinə daxil olmağıma məhdudiyyət qoyulub. Bu məhdudiyyət hələ də davam edir. Odur ki, mən nə keçmiş nazirlər Əli İnsanov, nə Fərhad Əliyev, nə də 2 aprel məhbusları ilə görüşə bilmirəm?. Bu sözləri ?Yeni Müsavat?a açıqlamasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirdi. Hüquq müdafiəçisinin sözlərinə görə, Ə.İnsanov dəfələrlə vəkili vasitəsilə ona görüş üçün müraciət edib: ?Deyib ki, mən başqa hüquq müdafiəçisi ilə yox, yalnız Elçin Behbudovla görüşmək istəyirəm. Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə 50 dəfə müraciət etmişəm ki, bu qadağa aradan götürülsün. Amma müraciətlərimi qulaqardına vururlar. Hətta Əli İnsanovun vəkili məhkəməyə də müraciət etmişdi ki, niyə Elçin Behbudovu görüşə buraxmırsınız, məqsəd nədir. Əli İnsanov da adi məhkumdur. Dünən səhiyyə naziridirsə, bu gün məhkum həyatı sürür. İstənilən məhkumla da hüquq müdafiəçisi olaraq görüşmək hüququna malikəm. Deməli, keçmiş nazirin həbsxanada nəsə problemi var, şikayət edəcək, mən də onu ictimailəşdirəcəyəm deyə onunla görüşə buraxmırlar?. E.Behbudov bir faktı da söylədi: ?Bu yaxınlarda 7 saylı cəzaçəkmə müəssisəsində məhkum olan bir şəxsin xanımı mənə zəng etdi. Dedi ki, dəfələrlə sizə müraciət etmək istəyib, imkan vermirlər. Ərizə yazdığı üçün karserə salıb döyürlər. Bu, nə deməkdir? Bu, nə oyundur? Mən də bununla bağlı prezidentə müraciət etmişəm. Yazmışam ki, Penitensiar Xidmət mənə məhkumlarla görüş imkanı vermir. Ədliyyə sistemindəki cəzaçəkmə müəssisələrinə daxil olmağıma qəti imkan verilmir. Gözləyirəm ki, nəhayət, başa düşüb məhdudiyyəti aradan götürəcəklər. Nə qədər ki, məhdudiyyət var, mən də onları tənqid atəşinə tutacağam. Əgər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədrinə məhdudiyyət qoyubsa, deməli, işgəncə faktlarını gizlətmək məqsədi güdür. Deməli, məhkumların ağzını yummaq, işgəncələri ört-basdır etmək niyyətindədirlər?. Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək istəsək də bu, mümkün olmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR