Sabiq nazir Əli Nağyev BDU ilə də əlaqələrini kəsib

img

03-05-2012 [12:00]


?Mən də mətbuatda Əli Nağıyevin elmi-pedoqoji fəaliyyətlə məşğul olması barədə dediyi fikirlərini oxudum. Ancaq o, Bakı Dövlət Universitetində işləmir. Əvvəllər kafdera müdiri vəzifəsində olub. Artıq xeyli vaxtır ki, bu vəzifədə çalışmır?. Bu sözləri BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov ?Modern.az?ın YAP-ın qurucularından olan Əli Nağıyevin universitetdə çalışıb-çalışmadığı barədə sualını cavablandırarkən söyləyib. BDU-nun rektoru bildirib ki, Əli Nağıyev ola bilsin ki, başqa ali məktəblərdə elmi-pedoqoji fəaliyyətlə məşğuldur: ?Bu ola bilər. Ancaq bizim universitetdə çalışmır?. Yeni Azərbaycan Partiyasının qurucularından və nüfuzlu liderlərindən sayılan Ə.Nağıyev YAP-ın ?qızıl fondu? elan edilmiş ?91-lərdən?dir. 1996-cı ilin noyabrında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Ə.Nağıyev oaman YAP-da ikinci şəxsi-sədr müavini idi. O, sonralar düz 10 il bu vəzifədə çalışıb. Mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində, YAP-ın qurulmasında mü?hüm xidmətləri olan Əli Nağıyev hakim komandada iddialı fiqur sayılırdı. Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri postunda olarkən dəfələrlə səs-küy doğuran açıqlamalar vermişdi. Onun Təhsil Nazirliyinin ünvanına sərt çıxışı isə geniş rezonans doğurmuşdu. 2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad edildi. 2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixdə isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı. Diplomatik işdən geri çağrılan sabiq nazir indi sərəncamdadır və onun yenidən hansısa vəzifəyə təyin olunub-olunmayacağı məlum deyil. Bəzi məlumatlara görə, Ə.Nağıyevə Milli Məclis aparatında ortabab bir vəzifə təklif olunub, amma o, bundan imtina edib. Hazırda işsizdir. Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA