?Azercell?lə redaktorun məhkəməsi bazlayır

img

30-04-2012 [01:01]


Bu gün ?Azercell Telekom? MMC ilə Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhmədin məhkəmə prosesi keçiriləcək. Bu barədə açıqlama yayan Z.Əhməd deyib ki, bu, ?Azercell?ə onun məhkəmə çəkişməsinin ikinci iclasıdır. Redaktorun sözlərinə görə, birinci prosesdə hakim V.Ruvinov hər iki tərəfi dinlədikdən sonra ?Azercell Telekom? MMC-nin nümayəndəsinə cavabdeh tərəfin iddiaları ilə bağlı sənədləri məhkəməyə təqdim etməsini tələb edib: ?Hakim proses başlayan kimi ?Azercell Telekom? MMC-nin nümayəndəsinə müştərilərlə şirkət arasında bağlanan müqavilə ilə bağlı narazılığını çatdırdı. Bildirdi ki, müqavilənin müddəalarını hansısa böyüdücü vasitədən istifadə etmədən oxumaq olmur. Bu da müştərilərin hüquqlarını pozulması kimi dəyərləndirilə bilər. Bundan əlavə, mən çıxış edərək bildirdim ki, şirkət həm bir aylıq kampaniyan vaxtından əvvəl kəsib. Üstəlik 11 ay müddətində istifadə etdiyi 7 qəpiklik tarifi 10 dəfə qaldıraraq 70 qəpik edib, amma bu barədə mənə hər hansı xəbərdarlıq edilməyib. Hakim qarşı tərəfdən mənim iddialarıma cavab istəsə də, ?Azercell Telekom? MMC-nin nümayəndəsi arqumentli cavab verə bilmədi. Ona görə də iddiacı tərəfdən tələb elədi ki, növbəti məhkəmədə onların haqlı olduqlarını sübut edən sənədlər gətirsin. Amma əminəm ki, ?Azercell Telekom? MMC ortaya belə bir sənəd qoya bilməyəcək. Çünki bütün hallarda şirkət haqsızdır. Xəbərdarlıq eləmədən tarif qiymətini on dəfə qaldırmaq, nə qanunlara, nə də mənəvi dəyərlərə uyğundur.?. Z.Əhməd onu da bildirib ki, Sumqayıt Məhkəməsinin bu işlə bağlı ədalətli qərar verəcəyini gözləyir. Redaktorun sözlərinə görə, əgər məhkəmə haqsız tərəfin yəni, ?Azercell Telekom? MMC-nin xeyrinə hər hansı bir qərar verərsə, hüquqi müstəvidə mübarizəni davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR