Eurovision-un Mətbuat Mərkəzi mayın 13-dən açılacaq

img

26-04-2012 [11:11]


Eurovision Mahnı Müsabiqəsi 2012-nin Mətbuat Mərkəzi mayın 13-dən açılacaq. ?Qafqazinfo?nun Eurovision.az saytına istinadən xəbərinə görə, ?Bakı Kristal Zalı"nın yaxınlığında inşa olunan Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edir. Mərkəzdə yüksək sürətli WI FI sistemi quraşdırılıb. Burada 1500-dən artıq yerli və xarici jurnalistin eyni vaxtda işləməsinə imkan olacaq. Jurnalistlər xüsusi kabinələrdə müxtəlif müsahibələr ala biləcək. Mərkəzin bir küncündə yaradılan studiyada isə televiziya müsahibələrinin çəkilişlərini həyata keçirmək olacaq. Mətbuat Mərkəzində həmçinin eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans zalı fəaliyyət göstərəcək. Bundan başqa jurnalistlərin rahatlığı üçün kafeteriyanın olduğu istirahət zonası da yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA