Əflatun Amazovun 55 yazı tamam olub

img

26-04-2012 [10:56]


Bu gün Azərbaycan Mətbuat Şurassının sədri Əflatun Amaşovun ad günüdür, onun 55 yaşı tamam olub. Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə Sovet Ordusunda xidmət edib. 1979-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1985-1994-cü ildə AzərTAC Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Ailəlidir, bir oğlu var.

Digər xəbərlər
SON XƏBƏRLƏR