Bakıda ?Eurovision-2012? ilə bağlı avtobus turu

img

21-04-2012 [03:34]


Bu gün Azərbaycanda təşkil olunacaq ?Eurovision-2012? Mahnı Müsabiqəsi ilə əlaqədər növbəti tanıtım reklamı keçiriləcək. Bunun üçün saat 16:30-da Bakı Biznes Mərkəzinin qarşısından mötəbər yarışma üçün gətirilən 3 avtobus şəhər turundan sonra, Qaradağ rayonu istiqamətində yola düşəcək. Bunları MIA-ya ?Eurovision? Fan-Klubunun üzvü Səməd Salamzadə deyib. O, bunun Fan-Klubu tərəfindən ?Eurovision-2012? ruhunu müəyyən istiqamətlər üzrə, müəyyən rayonlarda yaşanması üçün nəzərdə tutdulğunu bildirib: ?Bu gün keçriləcək tədbirin şüarı ?Eurovision? ruhunu Lökbatanda yaşa?dır. Bu təşəbbüs Fan- Klub tərəfindən irəli sürülüb və Qaradağ rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Lökbatanda Heydər Əliyev adına parkın qarşısında konsert təşkil olunacaq. Konsertin keçirilməsində əsas məqsəd yarışmaya qalan az müddətdə insanlarda müsabiqəyə qarşı marağı artırmaq və xatırlatmaqdır. Konsertə bir sıra estrada müğənniləri dəvət olunub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA