"Eurovision 2012"nin püzkatma mərasimi keçirilib

img

20-03-2012 [04:24]


Martın 20-də Bakıda nümayəndə heyətləri rəhbərlərinin iclasında "Eurovision 2012" mahnı müsabiqəsinin 42 iştirakçı ölkəsi arasında püşkatma mərasimi keçirilib və mayın 22 və 24-də keçiriləcək yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunan 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunub. Mayın 22-də Bakıda keçiriləcək birinci yarımfinalda iştirak edəcək 18 ölkə aşağıdakı ardıcıllıqla çıxış edəcək: Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya. Mayın 24-də baş tutacaq ikinci yarımfinalda isə 18 ölkə bu ardıcıllıqla iştirak edəcək: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA