Nazirlə telekanal rəhbəri arasında mübahisə yaranıb

img

18-04-2012 [09:53]


Bu günlər Bakıda bütün həyat bir ay sonra keçiriləcək ?Eurovision? yarışmasına köklənib. Küçələrin təmirindən, ölkənin qonaqlama sisteminin təkmilləşdirilməsi üzrə son quruculuq-tamamlama işlərindən tutmuş, paytaxt həyatının bütün sahələrinə qədər hər yerdə bu musiqi aksiyasına ciddi hazırlıq gedir. Artıq yarışmanın keçiriləcəyi Şüşəli Saray da hazırdır. Aprelin 16-da ?Eurovision? Mahnı Müsabiqəsinin yerli sponsorlarının adı da açıqlanıb - Gilan Holdinq, Kapital Bank və SilkWay Hava Yolları. Necə deyərlər, Bakıda mahnı yarışmasını bayrama çevirmək üçün xəsislik edilmir. Ancaq bu, məsələnin üzdə olan tərəfidir. Bir qədər dərindən baxanda ?Eurovision?un ölkənin sadəcə sosial həyatına deyil, siyasi həyatına da ciddi şəkildə təsir etdiyini görmək mümkündür. Musiqi yarışmasının Azərbaycanda keçirilməsi gündəmə gələndən sonra Avropa ölkələri sanki Azərbaycanın ictimai-siyasi, sosial həyatı ilə bağlı araşdırma aparmağa başladı. Beləliklə də son bir neçə ayda Avropanın bir sıra ölkələrinin media qurumlarında Azərbaycanda demokratiyanın təməl prinsiplərinin pozulması, ölkədə insan haqlarının, söz azadlığının, siyasi hüquqların qorunması sahəsində ciddi pozuntular olması haqda yazılar ortaya çıxdı. Hakimiyyətə yaxın dairələr hər nə qədər avropalıların gözü ilə görünən Azərbaycanın gerçək Azərbaycan olmadığını iddia etsələr də, durumu dəyişməkdə aciz qaldılar. Bəllidir ki, ?Eurovision? yarışması keçirilən ölkələrdə müsabiqə günlərində gey-parad keçirilir. Əhalisinin mütləq çoxluğu müsəlman olan ölkədə belə bir yürüşün keçirilməsinin hansı fəsadlara yol açacağını dəqiqliklə proqnozlaşdırmaq mümkün olmasa da, hər halda, üzdəniraqların Bakı küçələrində yürüş keçirmələri ortaya ciddi problemlər çıxara bilər. ?Eurovision? Təşkilat Komitəsinin aprelin 16-da keçirilən mətbuat konfransında isə gey-paradın keçirilməsinə hər hansı məhdudiyyət olmayacağı fikri səslənib. Ölkədəki bir sıra gənclər birlikləri də yarışma günlərində aksiya keçirməyə hazırlaşdıqlarını bildiriblər. Necə deyərlər, ?avropalı geylərə olar, ölkə vətəndaşlarına yox?? Təbii, Azərbaycan hakimiyyəti istənilən mitinqi, yürüşü 10 dəqiqəyə ?zərərsizləşdirmək? üzrə ixtisaslaşıb. Ancaq Avropa ölkələrini təmsil edən jurnalistlərin ölkəyə axın edəcəyi günlərdə bu, öncələrdəki kimi asan olacaqmı? ?Eurovision?un Təşkilat Komitəsinin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov ?Yeni Müsavat?a yarışmaya hər il olduğu kimi çoxsaylı media qurumlarının təmsilçilərinin qatılacağını bildirib. Akkreditasiya müraciətləri üçün son tarix aprelin 20-dir. Ölkəyə gələcək xarici jurnalistlərin sayı haqda dəqiq informasiyanı isə Tahir Məmmədovun sözlərinə görə, ?Euorvision? Təşkilat Komitəsi yarışmaya bir neçə gün qalmış açıqlayacaq. Bu yerdə onu da vurğulayaq ki, yarışmanı izləmək üçün Azərbaycana gəlmək istəyənlərə prezident fərmanı ilə viza rejimi sadələşdirilib. Bəllidir ki, Azərbaycanda ?Eurovision?un yayım hüququ İctimai Televiziyadadır. Ancaq bugünlərdə bu məsələ ilə bağlı İTV ilə Mədəniyyət və Turizm Nazirliyi arasında gərginlik yaşandığı haqda xəbərlər dolaşır. İTV-nin sədri İsmayıl Ömərov isə ?Yeni Müsavat?a açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını bildirib: ?İTV Avropa Yayımçılar Birliyinin Azərbaycandan olan tək üzvüdür. Bu səbəbdən yarışmanın yayımlanması bizim birbaşa öhdəliyimizdir. Hələlik Azərbaycanda bizdən başqa heç bir qurumun belə bir səlahiyyəti yoxdur. Əgər gələcəkdə Azərbaycanın hansısa telekanalı Avropa Yayımçılar Birliyinə üzv qəbul edilsə, təbii, həmin qurumla musiqi yarışmasının növbəli şəkildə yayımı müzakirə predmeti ola bilər. İndiki halda isə istər nazirlik, istərsə də hər hansı başqa qurum bu məsələdə iddialı ola bilməz?. Aygün MURADXANLI, "Yeni Müsavat" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR