"Dünya" informasiya Agentliyinə haker hücum edib

img

28-03-2012 [01:27]


Dünən axşamdan etibarən "Dünya" İnformasiya Agentliyinə özünü "İranın sadiq əsgərləri" adlanan haker qrupu tərəfindən hücumlar edilir. Artıq DİA.AZ portalının işi tam olaraq iflic vəziyyətə düşüb. Bununla bağlı açıqlama verən portalın rəhbəri Məhəmməd Ərsoy bildirdi ki, hətta sayta müxtəlif e-mail adreslərindən "sizi öldürəcəyik, Rafiq Tağının aqibəti dərs olmadımı" şəklində hədələyici xəbərdarlıq ismarıcları da gəlib. Redaksiyadan MİA-ya onu da bildirdilər ki, "Dünya" İnformasiya Agentliyinin texniki heyəti qısa müddətdə problemi həll etməyə çalışır: "Amma xəbər qoymaqda yaranan problemlər qalır. Arxiv materialları mükəmməl qorunduğundan onları məhv edə bilmirlər. Bu səbəbdən yaranmış problemə görə oxucululardan üzr istəyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR