Cəbrayıllılar icra bazçısının istefasını tələb edir

img

17-03-2012 [04:16]


Biləsuvar rayonunda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlər aprelin 5-də mitinq keçirmək istəyir. Onlar deyilən vaxtda rayonun qaçqın şəhərciyində yerləşən Cəbrayıl Rayon Icra Hakimiyyətinin qarşısında aksiya keçirməyi planlaşdırır. Aksiyaya müvafiq şəraitin yaradılması məqsədilə etirazçılar Icra Hakimiyyətinə də müraciət edib. Təşkilatçıların sözlərinə görə, onlar aksiyada icra başçısı Mahmud Quliyevin istefasını tələb edəcəklər: ?Mahmud Quliyev öz işinin öhdəsindən gələ bilmir. Dəfələrlə Bakıya etdiyimiz müraciətlər yenidən icra başçısının üstünə qayıdır. Biz ondan şikayət edirik, amma müraciətlərimizi də onun üstünə göndərirlər?. 1. Məmmədov Bəhruz Mürvət oğlu 2. Ağayev Yaqub Əli oğlu 3. Əhmədli Vaqif Oruc oğlu 4. Ağayev Qürbət Məhəmməd oğlu 5. Ağayev Ramiz Qürbət oğlu 6. Ağayev Zahid Mirələm oğlu 7. Ağayev Hüseyin Mirələm oğlu 8. Mehtixanova Telli Alı qızı 9. Ağayev Ziyafət Qürbət qızı 10. Qurbanov Həsiyyə Qurban qızı 11. Ağayev Yenigül Yaqub qızı 12. Ağayev Mübariz Qürbət oğlu 13. Ağayeva Şahnaz Əhməd qızı 14. Isgəndərova Nəsibə Camal Qızı 15. Məmmədov Minə Mürvət qızı 16. Ağayev Sərdar Mirələm oğlu 17. Nuruyev Tural Cəmil qızı 18. Ağayev Təvəkkül Sərdar oğlu 19. Ağayeva Pəri Fikrət qızı 20. Ağayev Araz Yaqub oğlu 21. Ağaməmmədov Qaraqız Novruz qızı. Adları qeyd olunan şəxslər ölkə başçısından Mahmud Quliyevi istefaya göndərməsini xahiş edirlər. Onlar cəbrayıllıların onun əlindən boğaza yığıldığını deyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR