KiVDF müsabiqənin qalib jurnalistlərini elan etdi

img

15-03-2012 [09:21]


Kütləvi İnformasiya Vasitə?lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini açıqlanıb. Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitə?lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura?sı?nın növbəti iclası ke?çi?ril??ib. İclasda Fondun icraçı direk??toru Vüqar Səfərli Novruz bayramı müna?si?bətilə 2012-ci il fevralın 2-dən martın 6-nadək keçiril?miş fərdi jurnalist yazıları müsa?bi?qəsinin nəticələri barədə Şura üzvlərinə məlumat verib. Müsabiqənin Kütləvi İnfor??masiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutul?muş 10 istiqamət üzrə keçirildiyini xatırladan Vüqar Səfərli Fonda ümumilikdə 94 yazının təqdim edil?diyini bildirib. Həmin yazıların 8-si informasiya agentlik?lərindən, 12-si region?lar, 74-ü isə respublika üzrə yayımlanan qəzetlərin əmək?daşları tərəfindən təqdim olunub. Vüqar Səfərli yazıların 9 ekspert tərəfindən qiymət?lən?dirildiyini bildi?rərək nəticələri Müşahidə Şu?rasının müzakirəsinə təqdim edib. Daha sonra Fondun icraçı direktoru Müşahidə Şurası üzvlərini maraqlandıran sualları cavablandırıb. Şura üzvləri müzakirələr zamanı müsabiqəyə marağın daha da güclənməsini razılıqla vurğulamaqla yanaşı, yazı?ların peşəkarlıq səviyyəsinin yüksəlməsini müsbət hal kimi dəyərləndiriblər. Müzakirələr nəticəsində 10 istiqa?mət üzrə ən çox bal toplamış 3 yazı müəyyənləşdirilib və həmin yazıların müəllifləri səsvermə yolu ilə qalib hesab ediliblər. Kütləvi İnformasiya Vasitə?lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri:

Digər xəbərlər
SON XƏBƏRLƏR