Kanadada Novruz zənliyi

img

15-03-2012 [11:12]


Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Kanadadakı səfirliyi bu ölkənin Ottava şəhərində yaşayan Azərbaycan icması ilə birlikdə tədbir keçirib. Səfirlikdən daxil olan məlumata görə, tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Novruz bayramı münasibətilə həmvətənlərimizi təbrik edib və Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı mənəvi sərvəti - Novruz bayramının əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Həmçinin, Ottavada fəaliyyət göstərən ?Qarabağ? adlı Azərbaycan dili məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Tədbir zamanı Novruz bayramı üçün xarakterik olan Azərbaycan mətbəxinin inciləri, bayram xonçaları və s. nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA