AXCP-dən Xədicə ismayılovaya dəstək

img

15-03-2012 [10:50]


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xədicə İsmayılovaya qarşı edilənlərin mənəvi terror olduğu haqında bəyanat verib. AXCP-nin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, bəyanatda tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı ləyaqətsizcəsinə qara piar başlanılmasını AXCP şiddətlə pisləyib: ?AXCP xatırladır ki, hakimiyyət rəqiblərinə , tənqidçilərinə qarşı siyasi sifarişlə dəfələrlə bu qəbildən olan yaramaz hərəkətlər tətbiq edilib. Belə iyrənc olayların hədəfi olan insanlar hakimiyyətin siyasətini bəyənmədiyinə, bu siyasəti tənqid etdiyinə döyülüb, fiziki xəsarət alıb, mühacirət etməyə məcbur qalıb?. Bütün bunların edilməsində məqsədin ölkədə qəbiristanlıq sükutu yaratmaq, tənqidçi yazarları özünüsenzuraya vadar etmək olduğu vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA