DGBŞ-in regional ofisi arazdırma aparan gənc jurnalistlər üçün müsabiqə elan etdi

img

14-03-2012 [01:53]


Dünya Gənclər Bankı Şəbəkəsinin regional oisi (WYBN) araşdırma aparan gənc jurnalistlər üçün müsabiqə elan edir. DGBŞ-in regional ofisi, yaradıcı ideyalarını üzə çıxarmaq istəyən və Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrindən olan jurnalistləri müsabiqədə iştirak etməyə dəvət edir. Müsabiqədə məqsəd Şuşanın və eləcə də, işğalda olan Qarabağ torpaqlarının tarixi faklarla, araşdırmalarla təsdiqli şəkildə Azərbaycan ərazisi olması və ermənilərin həmin əraziyə gəlmə tarixləri sübuta yetirilməlidir. Əgər siz də bu məqsədə öz töhfənizi vermək, eyni zamanda daha yenilikçi və maraqlı fikirlərinizi ortaya çıxarmaq istəyirsinizsə, aşağıdakı kateqoriyalardan birini seçib yaza bilərsiniz: 1) ?Şuşa qalası ? tarx bizə nə deyir??; 2) Ermənilərin Qarabağa gəlmə tarxinə bir baxış; 3) ?Böyük Ermənistan ideyası ? ?Qarabağı münaqişəsi?kontekstində?; 4)? Qarabağda dağıdılmış Azərbaycan mədəniyyəti?; Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək. Qiymətləndirmədə nəzərə alınacaq əsas kriteriyalar aşağıdakı kimidir: 1) yazının üslubu; 2) faktiki məlumatlardan istifadə; 3) ekspert rəylərindən istifadə; ( xüsusilə xarici araşdırmaçıların rəylərindən statlar) 4) Yazının reallığa uyğun olaraq analitik təhlili; 5) Beynəlxalq aləmə təsir edəcək faktların üzə çıxarılması Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı üç yazını seçəcək və bu qaliblər pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunacaq. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün yazılar kodlaşdırılacaq və yalnız qiymətləndirmə bitdikdən sonra adlar açıqlanacaq. Qeyd: Müsabiqəyə təqdim olunan yazılar nəticələr elan olunana qədər heç bir qəzet, jurnal və ya onlayn agentliklərin səhifəsində nəşr oluna bilməz. Yazının həcmi Times New Roman şirifti ilə 12 ölçüdə maksimum dörd A4 ?həcmində ola bilər. Hər yazar müsabiqəyə yalnız bir yazı təqdim edə bilər. Yazılar Azərbaycan dilində, istisna hallarda rus dilində də göndərilə bilər). . Birinci yerin qalibi 700 manat, ikinci yerin qalibi 500 manat, üçüncü yerin qalibi isə 300 manat mükafat qazanacasq. Yazılarınızı 15 aprel 2012-ci il, saat 18:00-a qədər [email protected] ünvanına göndərə bilərsiniz. Göndərəcəyiniz elektron məktubda adınızı, işinizi və əlaqə məlumatlarınızı qeyd etməyi unutmayın.

Digər xəbərlər
SON XƏBƏRLƏR