Mehriban Əliyevaya ?Türk Dünyasına xidmət? mükafatı verilib

img

13-03-2012 [10:44]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 12-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu ilə görüşüb. Qonağı Heydər Əliyev Fondunda görməkdən məmnun olduğunu bildirən Mehriban Əliyeva qardaş Türkiyənin Azərbaycan üçün önəmini vurğulayıb. İlk dəfədir ki, ölkəmizə səfər etdiyini deyən Sare Davudoğlu Azərbaycanda keçirilən ?Yeni minillikdə çağdaş dünyamızın müqəddəs vəzifəsi olaraq analığın qorunması? toplantısında iştirak etdiyini bildirib. Sare Davudoğlu bu toplantının qadın xəstəlikləri ilə mübarizə sahəsindəki önəmini diqqətə çatdırıb. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç görüş çərçivəsində ?Türk Dünyası Sənətçilər və Yazarlar Vakfı?nın təsis etdiyi ?Türk Dünyasına xidmət? mükafatını Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA