?Amnesty international?dan Azərbaycana ?Eurovision? zərbəsi

img

12-03-2012 [03:19]


?Amnesty İnternational? təşkilatı ölkələri Bakıda keçiriləcək ?Eurovision?u boykot etməyə çağırıb. Artıq Hollandiya, Fransa və İrlandiya bu çağırışa normal baxır. ?Amnesty İnternational? Azərbaycanda ?Eurovision?a görə, insan haqlarının pozulduğunu əsas gətirərək, müsabiqəni boykot etməyə çağırış edib. ?Amnesty International?ın Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbərinin müavini John Dalhuisen ?Guardian? qəzetinə açıqlamasında Azərbaycanın insan hüquqlarının qorunmadığı bir ölkə olduğunu və ?Eurovision?un insan hüquqlarını pozan ölkəni maskalamayacağını bildirib. Təşkilat həmçinin müxalifətin mitinq yürüşünə polisin sərt müdaxiləsini, mitinqə icazə verməməyi, jurnalistlərin həbsini də tənqid edərək iqtidardan bu cür mövqeyindən əl çəkməyi təklif edib. Avropa Yayım Birliyi (EBU) isə bu müsabiqənin siyasi bir təşkilat olmadığını xatırladaraq, boykot fikrini anlamadıqlarını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA