Bakıda atəzfəzanlıq təzkil olunacaq

img

12-03-2012 [11:55]


Bakı Şəhər İcra Hakimiyyəti gələn həftə paytaxtda atəşfəşanlıq təşkil edəcək. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, martın 13-də ilaxır çərşənbə münasibətilə paytaxtda şənlik təşkil olunacaq. Milli geyimli atlıların müşayiət edəcəyi 5 fayton və 6 dəvədən ibarət olan Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı səhər saat 10:00-da Qoşa Qala qapısının qarşısından hərəkət edərək Suraxanı rayonu ?Atəşgah? məbədinə gedəcək, orada yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı ?Gənclər meydanı"na gətirəcək və bu odla bayram tonqalı alovlandırılacaq. "Gənclər meydanı"nda saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00-da atəşfəşanlıq olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA