Avrasiya Əməkdazlıq Fondu jurnalistləri mükafatlandıracaq

img

06-03-2012 [10:33]


Avrasiya Əməkdaşlıq Fondu (AƏF) ?Ən Yaxşı Analitik Məqalə? müsabiqəsinin qaliblərini təltif etmək, eləcə də jurnalistlər arasında yeni ?Ən Maraqlı Yazı? müsabiqəsini elan etmək üçün Sizi 9 mart 2012-ci il tarixində Hyatt Regency-də keçiriləcək görüşə dəvət edir. Jurnalistlərin peşəkarlığını artırmaq təşəbbüslərindən biri olaraq, AƏF Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birgə 2011-ci ilin dekabr ayında İsmayıllı rayonunda ?Jurnalistlər üçün Qış Məktəbi?-ni təşkil etmişdir. Bu layihə çərçivəsində, Azərbaycanın iqtisadi, sosial və ictimai məsələlərinin ictimaiyyətə daha qərəzsiz çatdırılmasında peşəkar jurnalist yaradıcılığını təşviq etmək məqsədilə, AƏF ?Ən Yaxşı Analitik Məqalə? müsabiqəsi elan etmişdir. Tədbir, məhz bu müsabiqənin qaliblərini təltif etməklə başlayacaq. Seçilmiş üç qalibə tutduğu yerə əsasən Acer İpad, Rəqəmsal Kamera və Hard Disc və həmçinin Sertifikatlar təqdim olunacaq. Daha sonra görüşdə AƏF-in proqramları, xüsusilə də media sahəsində gördüyü işlərlə bağlı qısa təqdimat keçiriləcək. Qeyd olunmalıdır ki, AƏF Azərbaycanda medianın inkişafına xüsusilə diqqət yetirir və jurnalistlərin fəallığını artırmaq üçün müxtəlif yollarla töhfələr verməyə davam edir. Belə ki, 9 mart 2012-ci il tarixində keçiriləcək görüşdə AƏF-in Avropa Proqramı çərçivəsində Avropaya Inteqrasiya mövzusunda ?Ən Maraqlı Yazı? nominasiyası üzrə bütün KİV nümayəndələri arasında növbəti müsabiqə elan olunacaq. Görüşdə, AƏF-in nümayəndəsi müsabiqənin şərtlərini izah edəcək və suallarınızı cavablandıracaq. Tədbirin sonunda qonaqlara çay, kofe və şirniyyat təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR