BAXCP-dən telekanallara sərt təpki

img

27-02-2012 [03:19]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilən tədbirlərlə bağlı olub. BAXCP İdarə Heyəti Xocalı soyqımının 20-ci ildönümü münasibətilə İstanbulda və Bakıda keçirilən yürüşləri, eləcə də digər tədbirləri yüksək qiymətlənləndirdiyini bəyan edib: "Türkiyədə və Azərbaycanda keçirilən kütləvi aksiyalar iki qardaş dövlət arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq, erməni yalanlarına qarşı birgə mübarizənin təşkil olunmasında və həyata keçirilməsində mühüm rol oynayacaqdır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən bütün aksiyalarda iştirak etməklə öz insanlıq, vətəndaşlıq və milli borcunu yerinə yetirən hər bir kəsə dərin minnətdarlığını bildirir". BAXCP İdarə Heyəti dünyanın aparıcı telekanallarının Bakıda və İstanbulda keçirilən aksiyalara laqeyid yanaşmalarını qətiyyətlə pisləyib: "Transmilli medianın və dünyanın aparıcı telekanallarının Bakıda və İstanbulda keçirilən bu möhtəşəm aksiyalara yer ayırmaması Avropa və dünya ictimaiyyətinin Azərbaycana olan ədalətsiz münasibətinin bariz göstəricisi kimi qiymətləndirilməlidir". Keçirilən aksiyalarla bağlı Rusiya telekanallarında yayımlanan məlumatlarda isə yaxın tarixdə baş verən hadisələrin təhrif olunduğunu vurğulayan BAXCP İdarə Heyəti bu ölkənin kütləvi informasiya vasitələrini qərəzli olmaqda suçlayıb: "Rusiya telekanalları Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən aksiyaları "Dağlıq Qarabağa nəzarət uğrunda gedən döyüşlərdə 643 nəfər dinc sakinin ölümü" münasibətilə təşkil olunmuş anım mərasimləri kimi təqdim etdilər. Bütün bunlar sübuta yetirir ki, Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasında nə Qərbdən, nə də Rusiyadan ədalət və mərhəmət gözləməyə dəyməz. Biz torpaqlarımızı işğaldan azad etməli, təcavüzkarı geri oturtmalıyıq. Yalnız bu halda şəhidlərimizin və soyqırım qurbanlarının narahat ruhları rahatlıq tapa bilər". BAXCP İdarə Heyəti Bakıda keçirilən yürüşün yalnız bir telekanal - AzTV vasitəsilə çəkilməsinə də diqqət çəkib. Partiya hesab edir ki, dövlət və ümumxalq əhəmiyyətli tədbirlərə AzTV-dən başqa digər telekanalların buraxılmaması yalnış və zərərli siyasətdir.#305;

Digər xəbərlər
SON XƏBƏRLƏR