?Əli Xocalı sakinlərinin qanına batan Sarkisyan hazırda bu ölkəyə rəhbərlik edir?

img

24-02-2012 [04:58]


Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar bəyanat verib. Bəyanatda deyilir: ?Fevral ayının 26-da Sovet ordusunun 366-cı alayının birbaşa iştirakı ilə erməni silahlı qüvvələrinin Xocalı şəhərində həyata keçirdikləri soyqırımı hadisəsindən 20 il keçir. Xocalı şəhərinin dinc əhalisinə qarşı həyata keçirilən kütləvi qırğın zamanı 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu yaşlı insan olmaqla 613 Azərbaycan türkü işgəncə ilə öldürülüb, 487 nəfər ağır yaralanıb, 1275 nəfər ermənilər tərəfindən girov götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı uşaq olmaqla, 487 nəfər əlilə çevrilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130-u isə ən azı bir valideyndən məhrum edilib. Bundan başqa Xocalı şəhəri yerlə yeksan edilib. 20 il bundan əvvəl ermənilər tərəfindən həyata keçirilən bu bəşəri cinayət indi başqa formada davam etdirilir. Bütöv bir şəhərin əhalisini kütləvi şəkildə qıran ermənilər 20 ildir bu məkanın tarixinə , maddi-mədəniyyət nümunələrinə qarşı soyqırımı həyata keçirir, daha dəqiq desək qədim Xocalı-Gədəbəy mədəniyyətinin izlərini silməyə çalışır. Buna baxmayaraq Xocalı soyqırımı beynəlxalq müstəvidə hələ də lazımi qiymətini almayıb. Bu cinayəti törədənlər, istər 366-cı alayın rəhbərliyi və şəxsi heyəti, istərsə də ermənilər tərəfdən iştirak edənlərin kimliyi bəlli olsa da layiqli cəzalarını almayıblar. Əksinə Xocalı qətliamına birbaşa rəhbərlik edən şəxs Robert Köçəryan Ermənistanın prezidenti oldu. Əli Xocalı sakinlərinin qanına batan Sarkisyan hazırda bu ölkəyə rəhbərlik edir. Təsssüf ki, beynəlxalq müstəvidə bu fakta göz yumulur?. AİDP olaraq hesab edirik ki, Xocalıda soyqırımı həyata keçirənlərin cəzalandırılıması məqsədilə bu hadisə beynəlxalq müstəviyə daşınmalı, ayrı-ayrı ölkələrini parlamentlərinə çıxarılmalı, hadisənin araşdırılması üçün beynəlxalq ekspertlər cəlb olunmalı, araşdırmalar aparılmalı və lazımi qərarlar verilməlidir. İslamçı demokrat olaraq biz belə hesab edirik ki, Xocalı faciəsinin beynəlxalq müstəvidə qiymətini alması üçün görülən işlər qanedici deyil. Xüsusulə də müsəlman ölkələr bu məsələdə yetərli işlər görmür. Əslində Türkiyə dövləti Fransa parlamenti erməni soyqırımı ilə bağlı qərar qəbul etməzdən əvvəl Xocalı hadisəsinə indiki münasibəti göstərməli idi. Biz hazırda Türkiyə rəhbərliyinin bu istiqamətdəki çabalarını təqdir edirik, amma bununla belə düşünürük ki, bu proseslər əvvəldən başlamalı idi. Zənnimzcə türk-islam dünyası bu hadisə ətrafında birləşməli, Xocalı soyqırımının beynəlxalq müstəvidə lazımi qiymətini alması üçün ciddi işlər görülməlidir. Biz hesab edirik ki, ölkəmizdə də bu hadisə ilə bağlı görüləcək işlər az deyil. İlk növbədə Xocalı soyqırımına məruz qalmış şəxslərə ?Xocalı soyqırımı qurbanı? statusu verilməli, gənc nəslin bu hadisəni dərindən dərk etməsi üçün muzey yaradılmalı, Xocalı soyqırımına aid daha təsirli bir abidə kompleksi qurulmalı, hadisənin mahiyyətini əks etdirən dünya standartlarına uyğun bədii film çəkilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA