Isa Qəmbər son dəfə "gedəcəyəm" dedi

img

23-02-2012 [03:59]


Fevralın 23-də Müsavat başqanı İsa Qəmbər partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib. Mətbuat konfransını açarkən İsa Qəmbər jurnalistlərə deyib ki, bu tədbir son vaxtlar ona Müsavat başqanlığı mövzusunda verilən suallarla bağlıdır: ?Sizi dəvət etmişəm ki, nə sualınız var, verəsiniz?. Müsavat başqanı bu postda qalmayacağının birmənalı olduğunu vurğulayıb. O deyib ki, Müsavatın nizamnaməsi eyni şəxsin dalbadal iki dəfədən çox başqan seçilməsini yasaqlayır və buna görə də qarşıdan gələn qurultayda namizədliyini irəli sürməyəcək. İsa Qəmbər bildirib ki, partiya qurultayını Bakıda, Azərbaycanda keçirmək niyyətindədir. ?Qurultayın xaricdə keçirilməsi variantı varmı? sualına cavabında Müsavat başqanı deyib: ?Qurultayı Azərbaycanda keçirmək mümkün olmasa, bu variantı müzakirə edərik?. Müsavat başqanı jurnalistlərə onu da bildirib ki, fevralın 26-da müxalif İctimai Palatanın üzvləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA