MMP?də Xocalı soyqırımı anıldı

img

23-02-2012 [03:56]


Bu gün Muasir Musavat Partiyasında Xocalı soyqırımının 19-cu ildönümünə həsr edilmiş toplantı keçirilib . Xocalı soyqırımı qurbanlarının anım gününü MMP sədri Hafiz Haciyev açıb. Hafiz Haciyev qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlıları keçmiş Sovet Ordusunun 366-cı alayının dəstəyi ile Xocalıya hücum etmesi dinc insanlara qarşı töredilmiş en qanlı cinayetlerden biridir: ,,Heç bir şübhe yoxdur ki, bu tek herbi cinayet yox, hem de ermeni milletçileri terefinden xüsusi qeddarlıqla heyata keçirilen etnik temizleme idi. Xocalıda ermənilər tərəfindən insanlıq əleyhinə cinayət törədilib .Dinc Azərbaycan əhalisi yalnız azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirilib. Ermenilerin vəhşiliyini bütün dünya bilməlidir və cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Tədbirdə çıxış edən digər iştirakçılar qeyd edib ki, Xocalıdakı faciə Azərbaycan xalqının dehşetli faciəsidir , təəssüf ki, hələ ki dünya ictimayəti bu faciə barədə çox az bilir. Bəynəlxalq münasibətlərin müasir durumunda biz ikili standartların şahidi oluruq. Buna görə bizdə sual yaranır: Bəs nəyə görə BMT Təhlükəsizlik Şurasının hörmətli üzvləri və dünya birliyi BMT üzvü olan Ermənistandan işğal etdikləri 20% Azərbaycan torpaqlarından çıxmağı tələb etmirlər? Nəyə görə dünya onun təcavüzü nəticəsində Azərbaycan vətəndaşının öz doğma torpağında qaçqın olmasına səbəb olan Ermənistandan Azərbaycana qarşı təcavüzün dayandırılmasını tələb etmir? Nəyə görə heç kes Ermənistandan sülh namineə addım atıb öz silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmasını teleb etmir? Nəyə görə dünya erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəymiş ekoloji zərər ve genosidlə bağlı susur? MMP İdarə Heyəti bu faciyənin öz hüquqi qiymətini alması üçün dövlət səviyyəsində gec də olsa müəyyən işlər görməyin vacibliyini bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA