BQP bəyanat verdi: "Hamı bir yerdə olmalıdır"

img

23-02-2012 [11:43]


Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Böyük Quruluş Partiyası bəyanat verib. MIA-ya daxil olan bəyanatda Xocalı Soyqızımına hələdə beynəlxalq müstəvidə düzgün qiymət verilmədiyi bildirilib: ?Böyük Quruluş Partiyası Xocalı faciəsinin beynəlxalq arenada tanıdılması istiqamətdə son vaxtlar genişlənən kampaniyaların əhəmiyyətini qeyd etməklə bərabər, bütövlükdə bu faciənin tanıdılması sahəsində aparılan işləri yetərli hesab etmir. Çox təəssüf ki, bu hadisənin hüquqi müstəvidə yetərincə tanıdılmamsının nəticəsidir ki, hələ də cinayəti törədənlər layiq olduqları cəzanı almayıblar. Yaxın tarixi keçmişimizdə baş vermiş bu faciəni tam reallıqla dünya ölkələrinə və xalqlarına, beynəlxalq qurumlara tanıdılması və baş verən hadisələrə mahiyyətinə uyğun olaraq, hüquqi və siyasi qiymətlərin verilməsinə nail olmağımız vacibdir. Bununla soyqırıma məruz qalanların ruhları qarşısında həm borcumuzu ödəmiş olar, həm də düşmənə qarşı təbliğatı mübarizədə ciddi dönüş də edə bilərik. Bunun üçün Xocalı faciəsi təkcə ildönümlərlə deyil, hər zaman diqqətdə saxlanılmalı, beynəlxalq ictimaiyyətin etinasız münasibətinə və söz sahibi olan ölkələrin ikili standartlarından ruhdan düşməyərək səlahiyyətli qurumlar tərəfindən həmin hadisənin soyqırım kimi tanınması və Ermənistana qarşı müvafiq sanksiyaların tədbiq olunması hədəf götürülərərək, hökumət və qeyri-hökumət təşkilatları, ictimai və diaspor qurumları, iqtidarlı-müxalifətli cəmiyyətin bütün təbəqələri səylərini birləşdirərək inadla və məqsədyönlü şəkildə öz fəaliyyətlərini gücləndirməlidi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA