Hadı Rəcəbli: ?Gənc ailələrin sosial müdafiəsinə dair qanun hazırlanır?

img

22-02-2012 [12:39]


Milli Məclisdə gənc ailələrin sosial müdafiəsi haqqında qanun layihəsi hazırlanır. Bu barədə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. H.Rəcəbli qeyd edib ki, bu sənəd böyük maliyyə tutumu ilə yanaşı, çox mürəkkəb qanun layihəsidir. ?Yəni cəmiyyətdə təbəqələşmə olduğundan, burada bütün nüanslar nəzərə alınmalıdır. İmkanlı ailələrin sosial müdafiəsinin başqa bir məqamı, imkansızlara isə digər məqamı nəzərə alınmalıdır. Yəni imkanlı gənclərə ailə qurduqda psixoloji yardımın göstərilməsi qanunda əksini tapacaq, imkansız ailələrə isə problemlərin həlli üçün güzəştli və faizsiz ipotekaların, mənzil və torpaq sahəsi ilə təmin edilməsi, işləməyənlərin işlə təmin olunması məsələsi nəzərə alınacaq?-deyə H.Rəcəbli vurğulayıb. Komitə sədrinin sözlərinə görə, qanun layihəsi yaz sessiyası zamanı komitədə hazırlanacaq, payız sessiyasında isə parlamentin müzakirəsinə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA