Hökumətdən köklü zəkildə islahatlara bazlanılması tələb olundu

img

21-02-2012 [04:41]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti, rayon təşkilat sədrləri, Qadınlar və Gənclər təşkilatının da iştirakı ilə geniş tərkibdə toplantı keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda dünyada və ölkədə baş verən ictimai ?siyasi hadisələr müzakirə edilib. Baş verən və gözlənilən hadisələrə müzakirələrdən sonra siyasi qiymət verilib: ?MMP-çiləri ən çox narahat edən məsələ Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar, əks tərəfin müqavimət çabaları, baş verəcəklərdən Azərbaycanı, xüsusən də sadə vətəndaşları gözləyən hadisələr olub. Hadisələrin getdikcə gərginləşdiyini qeyd edən partiya üzvləri Azərbaycan dövlətinin ölkə üçün yaranacaq bütün təhlükələrdən qorunmasının ən real yolunun bütün hallarda, ölkədə fəaliyyət göstərən siyasi qüvvələrlə kompromisə getməkdə gördüklərini deyiblər. Parçalanmaların ölkəni fəlakətə sürükləyəcəyini qeyd edənlər, qərarların tezliklə verilməsinin müsbət tərəflərini izah ediblər?. Toplantıda daha sonra qərarların icra vəziyyəti və görülən işlərə baxılıb. Partiyadaxili məsələnin müzakirəsi zamanı MMP?nin bu ilə planlaşdırdığı qurultayı haqqında da fikir mübadiləsi aparılıb və gündəlikdə duran layihənin son variantı təsdiqlənib. Daha sonra partiyanın rayon təşkilatlarında keçirilmiş yığıncaqlar və görülmüş işlər haqqında məlumat verilərək cari məsələlərə baxılıb. Sonda isə partiyaya daxil olan şikayətlərə baxılıb: ?Şikayətlərin böyük hissəsi ölkədə hökm sürən məmur özbaşınalığı, rüşvət hallarının səngiməməsi, korrupsiya, işsizlik, maaşların gündəlik tələbat səviyyəsindən qat-qat aşağı olmasından, həmçinin ədliyyə sistemindəki qanunsuzluqlardan ibarət olub. Uzun zamandır hökumət nümayəndələrinin yuxarıda sadalanan neqativ hallara qarşı süni şəkildə apardığı mübarizəni tənqid edən MMP-çilər bu hallara birdəfəlik son qoymaq üçün köklü şəkildə islahatlara başlanılmasını tələb ediblər. Əks təqdirdə yaradılan problemlərin çox böyük fəsadlara yol açacağını və bunun da sonu sosial partlayışla nəticələnəcəyi qeyd edilib?. MMP İdarə Heyəti yaxın zamanlarda ölkədə hökm sürən neqativ halların aradan qaldırılması üçün təkliflər planı hazırlayacağına qərar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA